Gəncədə mülki əhali arasında ölənlərin sayı arta bilər
Tarix: 11-10-2020 10:36 | Bölmə: Siyasət
Gəncədə mülki əhali arasında ölənlərin sayı arta bilər

Ermənistanın silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması nəticəsində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər.

Reyting.az
-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanın məlumatında qeyd edilib.

Məlumatda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, çaxsayılı insan (artıq 33 nəfərə çatıb-red.) yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.




Bölməyə aid digər xəbərlər