BMT-yə çağırış: "Humanitar atəşkəs Ermənistanın mülki əhaliyə zorakılığını dayandıra bilməyib"
Tarix: 11-10-2020 12:21 | Bölmə: Siyasət
BMT-yə çağırış: "Humanitar atəşkəs Ermənistanın mülki əhaliyə zorakılığını dayandıra bilməyib"

Milli Məclisin Sədri Sahibə Qafarov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində yaşayan mülki əhaliyə qarşı həyata keçirdiyi raket hücumuna kəskin etiraz edib.

Reyting.az xəbər verir ki, spiker bu barədə paylaşdığı mesaja zərərçəkən uşaqların fotolarını da əlavə edərək, bunun Ermənistanın Azərbaycana qarşı növbəti terror və təcavüz siyasəti olduğunu bildirib.

Spiker qeyd edib ki, hazırda qüvvədə olan humanitar atəşkəs belə Ermənistanın mülki əhaliyə qarşı zorakılığını dayandıra bilməyib:

"Biz BMT, ATƏT və digər bütün beynəlxalq təşkilatları erməni tərəfinin zorakılığı təcili şəkildə dayandırması üçün tədbirlər görməyə çağırırıq”.




Bölməyə aid digər xəbərlər