İran Azərbaycan şəhərlərinə raket hücumlarını pisləyib
Tarix: 12-10-2020 10:06 | Bölmə: Siyasət
İran Azərbaycan şəhərlərinə raket hücumlarını pisləyib

İran İslam Respublikası Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycan şəhərlərinə raket hücumlarını və mülki şəxsləri öldürməsini pisləyib.

Azərbaycan və Ermənistan arasında atəşkəsin pozulmasına münasibət bildirən İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xəribzadə deyib ki, İran Azərbaycan və Ermənistan arasında baş verən son qarşıdurmalardan sonra elan edilmiş atəşkəsin pozulmasından təəssüflənir:

"İran İslam Respublikası tərəfləri daha təmkinli olmağa çağıraraq, şəhərlərin həyati infrastrukturuna və yaşayış yerlərinə raket hücumlarını və mülki şəxslərin öldürülməsini pisləyir və həlak olanların ailələrinə başsağlığı verir”.

S. Xətibzadə bildirib ki, İran İslam Respublikası tərəfləri bir daha atəşkəsə riayət etməyə və beynəlxalq hüquq normaları çərçivəsində danışıqları davam etdirməyə, bir-birlərinin ərazi bütövlüyünə hörmət etməyə və işğal altındakı şəhərlərin boşaldılmasına çağırır və bu istiqamətdə bölgədə sülh və davamlı həll yoluna nail olmaq üçün danışıqları asanlaşdırmağa hazır olduğunu bəyan edir.

Reyting.az




Bölməyə aid digər xəbərlər