Gürcüstan ictimaiyyəti Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb
Tarix: 12-10-2020 12:52 | Bölmə: Siyasət
Gürcüstan ictimaiyyəti Ermənistanın müharibə cinayətləri barədə məlumatlandırılıb

Azərbaycanın Gürcüstandakı səfirliyində yerli mətbuat üçün brifinq təşkil olunub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, Gürcüstanın aparıcı telekanalları, yazılı və elektron KİV-ləri Azərbaycan-Ermənistan cəbhə xəttindəki son vəziyyət barədə məlumatlandırılıb.

Səfirliyin müşaviri Eldar Bayramov ötən gün Ermənistanın humanitar atəşkəs rejimini kobudcasına pozaraq döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini raket hücumuna məruz qoyduğunu diqqətə çatdırıb:

"Müharibə cinayəti nəticəsində qadın və uşaqlar daxil olmaqla 9 mülki şəxs həlak olub, 34 nəfər yaralanıb. Bu, Ermənistanın barbarlığını bir daha sübut edir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməklə yanaşı, beynəlxalq qanunlara riayət etmir və humanizmə zidd addımlara əl atır".

Diplomatın sözlərinə görə, Azərbaycan Ermənistanın müharibə cinayətlərini kəskin şəkildə qınayır:

"Beynəlxalq ictimaiyyət işğalçı Ermənistanın bu addımlarına adekvat reaksiya verməli və öhdəliklərini yerinə yetirməyə çağırmalıdır".




Bölməyə aid digər xəbərlər