Hüquq müdafiəçisi: “Hadrut qəsəbəsini almaqla düşmənin belini sındırmışıq”
Tarix: 12-10-2020 18:07 | Bölmə: Siyasət
Hüquq müdafiəçisi: “Hadrut qəsəbəsini almaqla düşmənin belini sındırmışıq”

“Bu, müvəqqəti atəşkəsdir. Bu gün sakitlikdir, sabah başqa şeylər ola bilər. Əslində bu gün Avropada müxtəlif tədbirlər keçirilir. Ola bilsin ki, Azərbaycan tərəfi bu tədbirlərə görə fasilə verib”.

Bu fikirləri Reyting.az-a hüquq müdafiəçisi Əvəz Həsənov deyib.

Onun sözlərinə görə, döyüşlər zamanı ortada qalan cəsədlərin toplanması vacibdir: “Bu cəsədlər ərazidə qala bilməz. Buna görə Cenevrə Konvensiyasını əsas gətirib bizi ittiham edə bilərlər. Və ya əgər bizim o tərəfdə cəsədlərimiz varsa, biz də onları ittiham edə bilərik”.

Hüquq müdafiəçisi bildirib ki, əslində atəşkəs boş şeydir, olası da deyil:

“İndi bəlli olur ki, Azərbaycan tərəfi irəliləmə taktikasını əlindən buraxmır və bəzi yüksəklikləri ələ keçirir. Əslində cəsədlərin toplanıldığı ərazidə sakitlikdir, amma başqa ərazilərdə irəliləyişlər var”.

Ə. Həsənov diqqətə çatdırıb ki, indi erməni tərəfi daha çox Hadrut qəsəbəsini almağa çalışır, bunun üçün bütün addımları atır: “Eləcədə digər yüksəklikləri geri qaytarmağa cəhdlər edirlər. Sadəcə, bizimkilər Vladimir Putinə hörmət əlaməti olaraq atəş açmadılar. Amma bundan sonra necə olacağı bəlli deyil”.

Ə. Həsənov hesab edir ki, atəşkəs olmayacaq: “İndiki atəşkəs humanitar atəşkəsdir. Cəsədləri toplamaq, əsirləri dəyişmək üçün əldə edilib. Bizim düşündüyümüz atəşkəs hələ yoxdur. Cəsədlər toplandıqdan sonra hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi ortaya çıxacaq. Amma aydın olan budur ki, Hadrut qəsəbəsini almaqla faktiki düşmənin belini sındırmışıq”.





Bölməyə aid digər xəbərlər