General-polkovnik: "İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”
Tarix: 13-10-2020 12:22 | Bölmə: Siyasət
General-polkovnik: "İşğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik”

“Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.

Bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın bu işinə hamı haqq qazandırır: “Çünki hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”/Report.




Bölməyə aid digər xəbərlər