Bayden Türkiyə və İranı Qarabağ münaqişəsinə müdaxilədə ittiham edib
Tarix: 14-10-2020 18:31 | Bölmə: Siyasət
Bayden Türkiyə və İranı Qarabağ münaqişəsinə müdaxilədə ittiham edib

Co Bayden İran və Türkiyəni Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdə günahlandırıb.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi Donald Tramp administrasiyasını bu "müdaxilənin" qarşısını almağa çağırıb.

2020-ci il prezident seçkilərində ölkəsinin Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasındakı müharibə ilə bağlı siyasətinə dair verdiyi açıqlamasında Bayden bildirib:

"Tramp administrasiyası Ankaraya qarşı çıxmalı, həm Türkiyəyə, həm də İrana münaqişəyə müdaxilədən çəkinməsini söyləməlidir. Türkiyə Azərbaycana silah verir və Azərbaycanı hərbi həllə təşviq edən davakar ritorikaya görə məsuliyyətsiz davranır. Diplomatik çözümə nail olmaq asan olmayacaq, amma Tramp administrasiyası bu yöndə işləməyə borcludur. Daha çox insan ölmədən və münaqişə böyümədən bunu etməlidir”.

Bayden əlavə edib ki, Tramp administrasiyası Azərbaycana münaqişənin hərbi yolla həll etmə səylərinə dözməyəcəyini söyləməlidir. “Ermənistana da aydın olmalıdır ki, Dağlıq Qarabağ ətrafındakı ərazilər sonsuzadək işğal edilə bilməz və münaqişənin davamlı həlli ilə bağlı etibarlı danışıqlar atəşkəs əldə edildikdən sonra başlamalıdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər