Ermənilər 43 mülki şəxsi qətlə yetirib, 218 nəfəri yaralayıb - Foto
Tarix: 15-10-2020 12:25 | Bölmə: Siyasət
Ermənilər 43 mülki şəxsi qətlə yetirib, 218 nəfəri yaralayıb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun məlumatına görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər yaralanıb.

Bundan başqa, 290 mülki obyekt, 79 hündürmərtəbəli bina və 1 592 yaşayış evi yarasız hala düşüb.



Reyting.az




Bölməyə aid digər xəbərlər