Rəsmi Moskva: "Bölgəyə sülhməramlıların yerləşdirilməsi hər iki tərəfin razılığı ilə mümkündür"
Tarix: 15-10-2020 15:35 | Bölmə: Siyasət
Rəsmi Moskva: "Bölgəyə sülhməramlıların yerləşdirilməsi hər iki tərəfin razılığı ilə mümkündür"

"Qarabağa sülhməramlıların yerləşdirilməsi ancaq Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür".

Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Burada məsələ ilk növbədə münaqişə tərəflərinin buna hazır olub-olmamasıdır, məhz Azərbaycan və Ermənistanın. Bölgəyə hər hansı sülhməramlıların və ya müşahidəçilərin -  kim olur olsun - yerləşdirilməsi ancaq hər iki tərəfin razılığı ilə mümkündür. Hələlik biz buna cavab eşitməmişik", - deyə D. Peskov “Rusiya Dağlıq Qarabağa sülhməramlı kontingent göndərməyə hazırdırmı” sualına cavabında vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər