Türkiyə MN: "Ermənistanın caniliklərinə artıq “Dur!” deyilməlidir"
Tarix: 15-10-2020 18:15 | Bölmə: Siyasət
Türkiyə MN: "Ermənistanın caniliklərinə artıq “Dur!” deyilməlidir"

“Ermənistanın törətdiyi müharibə və insanlıq cinayətlərini bütün dünyaya çatdırmaq üçün səylərimizi əsirgəməyəcəyik”.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tvitter səhifəsindəki paylaşımda bildirilib.

Paylaşımda qeyd edilib ki, yaşayış yerlərini hədəf alan, kasetli bomba və fosfor bombası istifadə edən Ermənistan indi də qəbiristanlıqda dəfn zamanı mülki şəxsləri vurub: “Ermənistanın caniliklərinə artıq “Dur!” deyilməlidir”.




Bölməyə aid digər xəbərlər