Türkiyə və Rusiya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər
Tarix: 15-10-2020 19:24 | Bölmə: Siyasət
Türkiyə və Rusiya XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə ediblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Türkiyənin Xarici İşlər Nazirliyindən Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

Nazirlər Ermənistanın humanitar atəşkəsi pozaraq Azərbaycanda yaşayış məskənlərini hədəf alaraq mülki şəxsləri atəşə tutmasını, eyni zamanda, Tərtərdə dəfn mərasim zamanı qəbiristanlığa edilən hücumu müzakirə ediblər/Report.




Bölməyə aid digər xəbərlər