19:11 / 03-02-2026
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
18:00 / 03-02-2026
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
17:42 / 03-02-2026
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb - Foto
17:25 / 03-02-2026
Kollecə direktor təyin olunub
17:11 / 03-02-2026
Azərbaycan Kubokunda ilk oyunların təyinatları açıqlanıb
17:04 / 03-02-2026
Haker şəbəkəsi ifşa olunub
16:48 / 03-02-2026
Respublika hərbi prokuroruna müavin təyin edilib
16:46 / 03-02-2026
Ölkələr üzrə orta intellekt əmsalı müəyyənləşib - Siyahı
16:23 / 03-02-2026
Ermənistan vətəndaşlarının məhkəməsi başlayır
16:15 / 03-02-2026
Ali Məclisdə yeni təyinat olub
16:00 / 03-02-2026
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə birgə hərbi təlimi izləyiblər - Fotolar
15:36 / 03-02-2026
Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib
15:20 / 03-02-2026
Sabiq icra başçısının oğlu 40 villa alıb
15:15 / 03-02-2026
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
14:54 / 03-02-2026
"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb
14:46 / 03-02-2026
Qobustanda palçıq vulkanı püskürüb
14:41 / 03-02-2026
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə barışıb
14:13 / 03-02-2026
"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib
14:05 / 03-02-2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
14:04 / 03-02-2026
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
14:00 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
13:27 / 03-02-2026
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
13:12 / 03-02-2026
Yaponiyada güclü qar 30 nəfərin ölümünə səbəb olub
12:51 / 03-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:50 / 03-02-2026
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
12:34 / 03-02-2026
İki nəfər 26 kq narkotiklə tutulub
12:24 / 03-02-2026
Şura bloger və "tiktoker"lərə müraciət edib
12:21 / 03-02-2026
Türk dronları vətəndaş müharibəsinin axarını dəyişir
12:10 / 03-02-2026
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
12:06 / 03-02-2026
Tehranda bazar yanır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
06:55 / 30-01-2026
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
QMİ Azərbaycandakı dini konfessiyalarla birgə bəyanat yayıb
Tarix: 16-10-2020 14:38 | Bölmə: Siyasət

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandakı dini konfessiyalarla birgə bəyanat qəbul edib.
Reyting.az-ın xəbərinə görə, bəyanatda deyilir:
"2020-ci ilin iyul ayından etibarən Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən, Azərbaycan-Ermənistan dövlət sərhədi məntəqələrində Ermənistanın həyata keçirdiyi son hərbi təxribatlar, habelə, işğalçı rejimin mülki əhalimizə və döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizə qarşı tətbiq etdiyi insanlığa qarşı hərbi cinayətləri və onun nəticələri barədə Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı dini konfessiyalar tərəfindən dünya ictimaiyyətinə və dini liderlərinə, xarici ölkələrin dövlət orqanlarına və beynəlxalq təşkilatlara çoxsaylı məktub və müraciətlər ünvanlanmışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə dair dövlətimizin siyasətinə uyğun olaraq dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi öz xətti və fəaliyyət istiqamətləri üzrə əməli iş aparmaqdadır. Qafqaz Müsəlmanları İdarəsi malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman Azərbaycanın haqq işinin həqiqətləri barədə geniş, əhatəli məlumatları dünya ictimaiyyətinə çatdırmaq üçün istifadə edir. QMİ sədri iştirak etdiyi bütün beynəlxalq forumların xitabət kürsüsündən Qarabağ probleminin ədalətli sülh yolu ilə həllinə dair mövqeyini ifadə edir.
QMİ sədri Azərbaycan xalqının dini lideri olaraq hər zaman münaqişənin ədalətli həllinin vacibliyinə və buna nail olmaq üçün sülhməramlı danışıqların zəruriliyə inam mövqeyindən çıxış edərək 1988-ci ildən, yəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başlandığı tarixdən müxtəlif illərdə dini mərkəzlərin, nüfuzlu dini liderlərin vasitəçiliyi ilə - ələlxüsus, Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirillin, Ümumgürcüstan Patriarxı II İliyanın ali vasitəçilikləri, Ümumdünya Kilsələr Şurasının himayəsi və Vatikan nümayəndələrinin də müşahidəçi iştirakı ilə ermənilərin dini liderləri ilə bir araya gəlmişdir. Müxtəlif illərdə İsveçrənin Montrö, Rusiyanın Rostov şəhərlərində, Tbilisidə, dəfələrlə Moskvada, Dünya Dini Liderlərinin I Sammiti zamanı Bakıda, MDB Dinlərarası Şurasının iclası zamanı İrəvanda erməni katolikosları ilə görüşləri qan tökülməsinin qarşısının alınmasına, ədalətli sülh üçün mənəvi zəmin hazırlanmasına xidmət etmək məramı daşımışdır. Görüşlərin nəticələrinə dair QMİ sədrinin erməni katolikosları – I Vazgen, I Qaregin, II Qaregin ilə imzaladığı birgə bəyanatlarda münaqişənin sülh yolu ilə həllinin vacibliyinə dair əminlik, xalqlarımızın dinc yanaşı yaşaması üçün zəminin hazırlanması, dini liderlərin bu işdə mənəvi rolu xüsusi təsbit olunmuşdur. Ən mühümü, birgə bəyanatlarda münaqişənin dinlərarası qarşıdurma səciyyəsi daşımadığı birmənalı şəkildə vurğulanmışdır. Bu vacib nəticə idi və sülhməramlı vasitəçilik missiyasında xüsusi əməyi olan Patriarx Kirill həzrətləri Azərbaycan və Ermənistan dini liderlərinə son müraciətində əldə olunmuş nəticələri qoruyub saxlamaq zərurətindən danışarkən, məhz bu məqamı xüsusi dəyərləndirmişdir.
Bu ilin iyulunda Tovuz istiqamətində Ermənistanın son təxribatları və sentyabrın 27-də hücum halları baş verəndən bəri Azərbaycanın məruz qaldığı yeni təcavüzün əsl mahiyyəti barədə QMİ əməkdaşlıq etdiyi bütün dünya dini mərkəzlərini, qurum və təsisatları məlumatladırmağı mənəvi vəzifə olaraq həyata keçirməkdədir. QMİ nəzdində 2017-ci ildən fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzi xəttilə dünyanın nüfuzlu dövlət, hökümət və mənəvi təsisatlarına yönləndirdiyimiz müraciətlər dünyanın yüzə yaxın dövlətini əhatə edir.
Qafqaz Müsəlmanları İdarəsi Vətən müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyinin ifadə olunduğu Xalqa müraciətini bəyan etdi. Ardınca QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı həmrəylik müraciətini imzaladı. QMİ sədri Şeyxülislam A. Paşazadənin imzası ilə Vatikan dövlətinin rəhbəri, Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətlərinə, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İliya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı cənab Ali Erbaşa, İran İslam Respublikasının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri cənab Əli Əkbər Vilayətiyə, habelə beynəlxalq təşkilatların ünvanına - BMT Baş Katibi Antonio Quttereşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Useyminə, İRSİKA-nın Baş direktoru Halit Erenə, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradağiyə (Qətər), Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuqa (Küveyt), İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İssaya (Səudiyyə Ərəbistanı), Avropa-Türk İslam Birliyinin prezidenti Sərdar Çələbiyə göndərilən müraciətlər vasitəsilə dünyanın nüfuzlu şəxsləri Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə məlumatlandırılıblar.
Bunlarla yanaşı, QMİ və Bakı Beynəlxalq Dinlər və Mədəniyyətlərarası Əməkdaşlıq Mərkəzinin fəaliyyət zəminində əməkdaşlıq etdiyi Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib (Misir), Əfqanıstanın Həcc, İrşad və Vəqflər naziri Məhəmməd Qasem Həlimi, Seneqal Prezidentinin xüsusi müşaviri Şeyx Məhəmməd Mənsur Nias, Pakistan Dini işlər və dinlərarası harmoniya naziri Nurul-Haqq Qədri, Tunis Respublikasının sabiq prezidenti Məhəmməd Əl-Mərzuqi, Mərakeş Vəqflər naziri Əhməd Taufiq, Əlcəzair Ali Dini Şurasının sədri Buabdulla Qulamulla, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, ABŞ Yeshiva universiteti Sefardi araşdırmaları institutunun direktoru Eli Abadi, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer, Yerusəlim baş sefardi ravvini Şlomo Amar, ABŞ Xristian liderləri Birliyinin prezidenti Conni Mur, Avropa ravvinlər kongresi idarə heyətinin üzvü Cenevrə ravvini İshak Dayan, Berlinin baş ravvini Yitshak Erenberq, Mərkəzi Asiya ölkələrinin dini liderləri, Şimali Qafqaz Respublikalarının müftiləri, Rusiya Federasiyanın bütün subyektlərinin mərkəzi dini idarə rəhbərləri və digərlərinə Azərbaycan torpaqlarına qarşı son təcavüz aktlarının nəticələri barədə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib. Dünya dini liderlərindən, nüfuzlu şəxsiyyətlərdən müraciətlərimizə cavab olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bilavasitə ifadə olunduğu məktublar daxil olmaqdadır.
Reallıq bundan ibarətdir ki, Ermənistan hakimiyyətinin öz işğalçı siyasətinə dini don geyindirmək cəhdləri həmişə olmuşdur və təəssüflər olsun ki, bu gün də gündəmə gətirilməkdə davam edir. Dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə kimi olduqca təhlükəli meyli erməni tərəfi dini təəssübkeşlikdən dolayı dünya dövlətlətindən hərtərəfli dəstək almaq məramı ilə zaman-zaman məkrlə, riyakarcasına qabartmaqdadır. Məlum olduğu kimi, dünya birliyinə meydan oxuyan, beynəlxalq qanun və normalara məhəl qoymayan, Rusiyanın təşəbbüsü ilə əldə olunmuş atəşkəsi pozan Ermənistan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ağır raket silahı ilə atəşə tutaraq, dinc insanları, yaşayış evlərini, mülki obyektləri nişan alır. Ümumən, bugünədək 5-i uşaq olmaqla 42 dinc sakinimiz qətlə yetirilmişdir. Son təcavüz aktı zamanı Gəncədəki Rus Pravoslav Yeparxiyasına məxsus kilsəyə və müsəlmanlar üçün böyük mənəvi əhəmiyyət kəsb edən Gəncə İmamzadəsinə xəsarət yetirilmişdir. Bu reallıqların müqabilində erməni kilsəsi bütün dünyaya təxribat xarakterli yalan məlumat yayır ki, guya Azərbaycan tərəfi Şuşadakı xristian kilsəsini hədəfə götürmüşdür. Bu təxribat xarakterli məlumat Azərbaycanın rəsmi qurumları tərəfindən sübutlarla təkzib edilmişdir. Dini konfessiya rəhbərləri olaraq bildirməyi vacib sayırıq ki, Vətənimiz Azərbaycan ölkəmizin ərazisindəki bütün dinlərə məxsus abidələri, məscid, kilsə, sinaqoqları təmir, bərpa, inşa etdirən dövlətdir. Şuşa Azərbaycanın nadir incisidir və buradakı bütün mədəni-dini abidələri də qoruyub himayə edən bir dövlətə belə ittihamlar uyğun gəlmir. Bütün dünya Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərə ehtiramının, dövlət başçısı Zati-aliləri İlham Əliyevin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dünyanın bəşəri əhəmiyyətli mədəni-mənəvi irs nümunələrinə diqqət və qayğısının əyani şahididir. Serbiyada müharibə zamanı dağılmış kilsə və məscidi təmir etdirən, Vatikanda katakombaları, Fransada kilsə vitrajlarını bərpa etdirən dövlət barəsində beynəlxalq rəydə xristian dini abidələrinə xələl gətirən ölkə imici formalaşdırmaq cəhdi məsələyə dini don geyindirməklə xristian-müsəlman qarşıdurması yaratmaq məqsədi güdür. Azərbaycan dövləti erməni kilsəsini paytaxt Bakının mərkəzində təmir edib qoruyur. Bakıda olarkən erməni Katolikosu şəxsən bu kilsəni ziyarət etdi, ibadət mərasimi və Azərbaycanda yaşayan ermənilərlə görüş keçirdi, kilsənin daxilində erməni dilindəki kitabların qorunduğu kitabxana ilə tanış oldu.
Ermənistandan fərqli olaraq, Azərbaycanda Rus Pravoslav Kilsəsinin Yeparxiyası, rusdilli tədris, Slavyan Universiteti, pravoslav, katolik, alban-udi xristian dindarlar uçun bazar günü məktəbləri, habelə yəhudi tədris və mədəniyyət mərkəzləri mövcuddur. Ölkəmiz milli və dini azlıq nümayəndələrinin bütün vətəndaşlıq hüquqlarından yararlandığı, öz milli, dini adət-ənənələrini azad yaşatdıqları bir ölkədir və mədəniyyətlər, dinlər arasında dialoq və əməkdaşlıq məkanı kimi dünya miqyasında tanınır. Ermənistanın isə monoetnik dövlət olması, etnik təmizləmə həyata keçirməsi onun ksenofobiyaya meylli olduğunun təzahürüdür, qonşu torpaqlarına göz dikməsi, Xocalı soyqırımını törətməsi terrorçu xislətinin göstəricidir. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində on minlərlə dini, mədəni abidələri məhv etməsi, mənşəyini saxtalaşdırması vandalizm mahiyyəti daşıyır, müsəlman mədəniyyəti nümunələrini məqsədyönlü məhv etməsi isə islamofobiyanı dövlət siyasəti olaraq həyata keçirməsinin sübutudur.
Azərbaycan xalqı sülhsevər xalqdır, heç vaxt özgə torpağında gözü olmayıbdır. Və bu gün Azərbaycan öz ərazilərində, öz torpaqlarını işğalçılardan təmizləyərkən, dövlət rəhbərinin siyasi iradəsinə, xalqının əzminə, öz ordusunun güc və qüdrətinə güvənir. Bizim haqq yolunda olmağımız bizə qüvvət verən mühüm amildir. Beynəlxalq birlik özünün tanıdığı ərazi bütövlüyümüzü bərpa etmək yönündə bizim beynəlxalq hüquq çərçivəsində hərəkət etdiyimizin fərqindədir. Bunu bizə daxil olan çoxsaylı dəstək məktublarında, həmrəylik zənglərində görürük. Bütün bizim haqq işimizə dəstək olan, ədaləti müdafiə edən ölkələrə, xalqlara, tanınmış insanlara ürəkdən minnətdarıq.
Biz, Azərbaycandakı bütün dini konfessiya rəhbərləri bir daha bəyan edirik ki, Vətənin haqq işi uğrunda birlikdəyik, həmrəyik və xalqımıza, dövlətimizə, dövlət başçımıza dəstək veririk. Bizim bir tələbimiz var - BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin erməni hərbi birləşmələri tərəfindən qeyd-şərtsiz azad olunmasına dair 4 qətnaməsinin yerinə yetirilməsi. Bütün səmavi dinlərin müqəddəs kitablarında ən ali dəyər hesab olunan insan həyatının xilası, qan tökülməsinin qarşısının alınması məramının vacibliyini rəhbər tutaraq dünya ictimaiyyətinə, dini liderlərə, dövlət rəhbərlərinə və beynəlxalq təşkilatlara müraciət edir, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həlli üçün səylərini əsirgəməməyə çağırırıq.
Uca Allah bizi qorusun!"
Bəyanatı imzalayıblar:
Şeyxülislam Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
Aleksandr
Bakı və Azərbaycan Arxiyepiskopu
Melih Yevdayev
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri
Aleksandr Şarovski
Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri
Robert Mobili
Alban-udi icmasının rəhbəri.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:11
Azərbaycan Kubokunda ilk oyunların təyinatları açıqlanıb
Bu gün, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
Bu gün, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər