XİN: "ABŞ dövlət katibinin fikirləri həmsədr ölkənin statusuna uyğun gəlmir"
Tarix: 16-10-2020 15:36 | Bölmə: Siyasət
XİN: "ABŞ dövlət katibinin fikirləri həmsədr ölkənin statusuna uyğun gəlmir"

ABŞ-ın dövlət katibi Maykl Pompeo oktyabrın 15-də “WSB Atlanta” telekanalında "Erik Erikson Şou" verilişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Mia.az
xəbər verir ki, Azərbaycan XİN Pompeonun fikirlərinə etiraz edib: "Azərbaycan tərəfi hesab edir ki, ABŞ dövlət katibinin fikirləri ABŞ hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil. Bu fikirlər həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna uyğun gəlmir". 




Bölməyə aid digər xəbərlər