Baş Prokurorluq Qarabağdakı muzdlularla bağlı məlumat yayıb
Tarix: 19-10-2020 12:52 | Bölmə: Siyasət
Baş Prokurorluq Qarabağdakı muzdlularla bağlı məlumat yayıb

Baş Prokurorluğun apardığı araşdırmalarla son günlərdə müxtəlif terror təşkilatlarının üzvlərinin, o cümlədən xarici ölkə vətəndaşlarının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan Ermənistan ərazisindən qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə gəlib Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı, eləcə də Azərbaycan Respublikasının ərazilərinin işğalına yönələn təcavüzkar müharibədə muzdlu kimi istifadə edilmələri müəyyənləşib.

Baş Prokurorluqdan bildirilib ki, bu kimi qanunsuz halların qarşısının alınması məqsədilə xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının ərazisinə hansı qaydada gəlmələri ilə bağlı fransız, ispan, alman, rus, ingilis və ərəb dillərində maarifləndirici videoçarx hazırlanıb.

Xarici vətəndaşlardan Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunması tələb olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}