Ermənilər Azərbaycanla dövlət sərhədinin müdafiəsini gücləndirir
Tarix: 21-10-2020 10:24 | Bölmə: Siyasət
Ermənilər Azərbaycanla dövlət sərhədinin müdafiəsini gücləndirir

Paşinyanın göstərişi ilə ermənilər Azərbaycan-Ermənistan dövlət sərhədinin cənub müdafiəsini gücləndirmək üçün mühəndis-istehkam işlərinə başlayıblar.

Bu barədə Rusiya mətbuatında “Abşerondan əsən külək” psevdonimi ilə yazılar dərc etdirən azərbaycanlı bloger məlumat yayıb.

Blogerin məlumatına görə, Ermənistanın Baş naziri Paşinyan cinayətkar silahdaşlarını toplayaraq, təcili olaraq dövlət sərhədində istehkamlar yaratmağı tapşırıb. “Bilirlər ki, Azərbaycan Ordusu oranı keçib bizi Naxçıvandan ayıran torpaq ərazisinin bərpasına gedə bilər və başlarını itiriblər”, - deyə soydaşımız yazıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}