07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Paşinyan işğalçılıq siyasətindən əl çəkmir: “Münaqişənin diplomatik həlli yoxdur”
Tarix: 21-10-2020 17:24 | Bölmə: Siyasət
Paşinyan işğalçılıq siyasətindən əl çəkmir: “Münaqişənin diplomatik həlli yoxdur”

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı işğalçılıq siyasətindən əl çəkmək istəmir.

Reyting.az
-ın məlumatına görə, Paşinyan “Facebook” vasitəsilə ermənilərə videomüraciətində deyib ki, münaqişənin danışıqlar yolu ilə həll variantı tükənib.

İşğalçı ölkənin Baş naziri bildirib ki, hazırkı mərhələdə Qarabağ münaqişəsinin diplomatik yolla həlli barədə danışmaq mənasızdır: “Məsələnin diplomatik yolla həlli üçün bəslənən ümidləri, səslənən fikirləri və s. artıq bitmiş hesab etmək olar. Ya qələbə, ya da məğlubiyyət - orta yol yoxdur”.

Paşinyan sona qədər mübarizə aparacaqlarını deyib. O, həmçinin, Rusiyaya strateji tərəfdaş kimi verdiyi dəstəyə görə öz minnətdarlığını da ifadə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}