16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Prezidentin köməkçisindən ermənilərin fransalı jurnalisti təhdid etməsi haqda - Açıqlama
Tarix: 23-10-2020 15:37 | Bölmə: Siyasət
Prezidentin köməkçisindən ermənilərin fransalı jurnalisti təhdid etməsi haqda - Açıqlama

"Ermənistanın hərbi təcavüzünün qərəzsiz işıqlandırılmasına görə Fransanın TF1 jurnalistlərinin erməni lobbisi tərəfindən təzyqilərə məruz qalmasını və təhdid olunmasını kəskin şəkildə pisləyirik".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb: “Bu, peşəkar jurnalistikaya və söz azadlığına qarşı hücumdur”.

Qeyd edək ki, Fransanın TF1 televiziya kanalında cəbhə bölgəsindəki vəziyyət, Azərbaycan Ordusunun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncə şəhərini bombardman etməsi barədə yayımlanan reportajından sonra erməni icması sosial şəbəkələrdə onu təhdid etməyə başlayıblar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}