Əfqanıstan XİN: «Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmirik»
Tarix: 23-10-2020 17:16 | Bölmə: Siyasət
Əfqanıstan XİN: «Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmirik»

“Əfqanıstan Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmir”.

Reyting.az
IRIB-ə istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin bugünkü açıqlamasında deyilir.

Nazirliyin bəyanatında bildirilir:

“Bu yaxınlarda Ermənistanın Milli Təhlükəsizlik Xidməti guya Əfqanıstandan Azərbaycana muzdlu döyüşçülərin və silah-sursatın bu ölkəyə məxsus “Silk Road” şirkətinin mülki uçuş reysləri ilə daşındığını iddia edib. Əfqanıstan Azərbaycan-Ermənistan müharibəsində heç bir şəkildə iştirak etmir və müharibə qurbanı kimi, BMT Təhlükəsizlik Şurasının qətnaməsinə uyğun olaraq, Azərbaycan-Ermənistan böhranının sülh yolu ilə həll olunmasını vurğulayır”.

Xatırladaq ki, Əfqanıstan Dağlıq Qarabağ münaqişəsinin başlanğıcından Azərbaycanın mövqeyini dəstəkləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}