Azərbaycan XİN-nin rəhbəri həmsədrlərlə görüşüb
Tarix: 24-10-2020 07:32 | Bölmə: Siyasət
Azərbaycan XİN-nin rəhbəri həmsədrlərlə görüşüb

Vaşinqtona səfəri çərçivəsində Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

XİN-nin Mətbuat Xidməti idarəsinin məlumatına görə, görüşdə nazir Ceyhun Bayramov qeyd edib ki, Ermənistan tərəfi iki dəfə humanitar atəşkəsi pozub, azərbaycanlı mülki əhalini məqsədyönlü şəkildə davamlı atəşə tutur və münaqişə zonasından kənarda yerləşən şəhərləri və yaşayış məskənlərini raket hücumuna məruz qoyur.

Nazir, Ermənistan rəhbərliyinin münaqişənin diplomatik həllinin olmaması barədə bəyanatını həmsədrlərin diqqətinə çatdırıb.

Vurğulanıb ki, bütün bu addımlar və bəyanatlar Ermənistan tərəfinin destruktiv siyasətini bir daha aydın şəkildə nümayiş etdirir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}