ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib
Tarix: 24-10-2020 23:10 | Bölmə: Siyasət
ABŞ-ın Azərbaycandakı Səfirliyi vətəndaşlarına təhlükə barədə xəbərdarlıq edib

ABŞ-ın Azərbaycandakı Səfirliyi, “Abşeron J.W. Marriott” kimi otellər də daxil olmaqla, potensial olaraq Bakının digər yerlərində ABŞ vətəndaşlarına və xarici vətəndaşlara qarşı baş verə biləcək terror hücumları və qaçırmalar barədə etibarlı məlumatlar əldə edib. 

APA səfirliyin saytına istinadla xəbər verir ki, ABŞ öz vətəndaşlarına amerikalıların və ya əcnəbilərin toplaşa biləcəyi yerlərdə çox ehtiyatla davranmağı tövsiyə edir.

Xəbərdarlıqda aşağıdakı tədbirlər qeyd edilib:

- Ehtiyatlı və sayıq olun.

- Kütlənin çox olduğu yerlərdən yayının.

- Öz profilinizi büruzə verməyin.

- Ətrafınızdan xəbərdar olun.

- Əcnəbilərin sıx olduğu yerlərdə diqqətli olun.

- Yerli mediayanı diqqətdə saxlayın.

Bildirilib ki, səfirlik təhlükəsizliklə bağlı vəziyyəti nəzərdən keçirməyə davam edəcək və ehtiyac olduğu təqdirdə əlavə məlumat verəcək.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə gözlənilən erməni terroru ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. 

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}