11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
XİN başçısı: “Azərbaycanla sərhədlərin delimitasiyası prosesi məntiqi sona çatacaq”
Tarix: 26-10-2020 15:34 | Bölmə: Siyasət
XİN başçısı: “Azərbaycanla sərhədlərin delimitasiyası prosesi məntiqi sona çatacaq”

“Gürcüstan hökuməti dövlət sərhədlərinin delimitasiya və demarkasiyası ilə bağlı məsələlərin həlli üçün fəal işə başlayıb”.

Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani deyib.

Nazir sərhədlə bağlı məsələləri ağır miras adlandırıb: “Lakin cəmiyyətimiz bilməlidir ki, bu məsələ dövlət maraqlarımız nəzərə alınmaqla mütləq həll olunacaq”.

D.Zalkalianinin sözlərinə görə, sərhədlərin müəyyən edilməsi çox vacibdir, belə ki, dövlətçilik və vətən sərhəddən başlayır: “Əminəm ki, hökumətimizin başlatdığı proses məntiqi sona çatacaq. Bu, əlbəttə ki, həm Gürcüstan, həm də strateji tərəfdaşımız Azərbaycanın maraqlarını nəzərə almaqla baş verəcək”.

XİN başçısı qeyd edib ki, Ermənistanla da sərhədlərin müəyyən edilməsi istiqamətində işlər davam etdiriləcək: “Ermənistanla sərhədlərin demarkasiya və delimitasiyası məsələsini də həll edəcəyik”/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}