17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Nazir müavini Azərbaycanla sərhəddə gəlib - Foto
Tarix: 27-10-2020 11:32 | Bölmə: Siyasət
Nazir müavini Azərbaycanla sərhəddə gəlib

İranın Xarici işlər nazirinin müavini Azərbaycan Respublikası ilə həmsərhəd bölgəyə səfər edib.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, nazir müavini Seyyid Abbas Əraqçi Ərdəbil vilayətinə gəlib və vilayətin Aslanduz və Xudafərin şəhərində Azərbaycan Respublikası ilə sərhəd ərazilərə baş çəkib.

Əraqçi bölgəyə səfərinin məqsədini açıqlayıb:

“İslam Respublikasının Araz sərhəd çayında mühüm su və elektrik qurğuları var. Sərhəd bölgələrinin, bəndlərin və sərhəd tikililərinin təhlükəsizliyi çox vacibdir və qırmızı xəttdir. İki şimal qonşusu arasındakı qarşıdurma zamanı onlara zərər verilməməlidir”.

Xarici işlər nazirinin müavini əlavə edib:

“Ərdəbil və Şərqi Azərbaycan vilayətlərinin sərhəd bölgələrinə səfəri zamanı bu məsələlər ciddi müzakirə ediləcək”.

Seyyid Abbas Əraqçi Mil-Muğan, Xudafərin və Qız Qalası su bəndlərinə baş çəkib.





Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}