Diplomatik korpus nümayəndələrinin Bərdə və Tərtərə səfəri başlayıb
Tarix: 29-10-2020 11:41 | Bölmə: Siyasət
Diplomatik korpus nümayəndələrinin Bərdə və Tərtərə səfəri başlayıb

Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Bərdə və Tərtərə səfəri başlayıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

H. Hacıyev qeyd edib ki, Ermənistanın günahsız mülki şəxslərə qarşı qəsdən hazırladığı hərbi cinayətləri beynəlxalq mediaya və diplomatik korpuslara göstərmək üçün Bərdə və Tərtərə gedirik: "Onlar Ermənistanın siyasi-hərbi rəhbərliyinin cinayətlərini yerindəcə görəcəklər. Diplomatik korpusumuza təşəkkür edirik!”.

Məlumata görə, diplomatları Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Baş prokuror Kamran Əliyev müşayiət edir.

Diplomatlar Ermənistan silahlı qüvvələri tərəfindən raket atılan ərazilərə baş çəkəcəklər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}