XİN: “Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq"
Tarix: 30-10-2020 16:46 | Bölmə: Siyasət
XİN: “Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq"

“Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatları oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin mərkəzinə edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə olunduğunu təsdiqləyib”.

Reyyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib: “Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq. Bu, mülki şəxslərin həyatına və beynəlxalq hüquqa qarşı kobud bir hörmətsizlikdir!”.

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin mərkəzinə endirilən raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox şəxs yaralanıb.




Bölməyə aid digər xəbərlər