07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Aqil Abbas: “İrəvanda çadırda yaşamaqdansa...”
Tarix: 30-10-2020 16:35 | Bölmə: Siyasət
Aqil Abbas: “İrəvanda çadırda yaşamaqdansa...”

“Dağlıq Qarabağın muxtariyyəti söhbəti ola bilməz. Bunu cənab Prezident də deyib. Ermənilərə ən yaxşı halda mədəni muxtariyyət verə bilərlər. O da, müharibədən sonra Qarabağda erməni qalsa...”.

Bu sözləri Reyting.az-a deputat Aqil Abbas “Müharibədən sonra ermənilər Qarabağda qalacaqmı” sualına cavabında deyib.

Deputatın sözlərinə görə, ermənilər elə “mikrobdur” ki, məcburi şəkildə Qarabağa göndərilən, qalan olacaq: “Ola bilsin ki, bəziləri də könüllü qalmağa üstünlük versin. Bilirsinizmi niyə qalmaq istəyəcəklər? Ermənistanda iqtisadi durumu, sosial vəziyyəti onlar bizdən min dəfə yaxşı bilirlər. Konstitusiyamızı, qanunlarımızı qəbul edərək özlərini ləyaqətlə aparsalar, adam kimi yaşayacaqlar. Mən bu mənada inanıram ki, onlar belə imkandan istifadə edəcəklər. Yerevanda çadırda yaşamaqdan, ac qalmaqdan, kimlərinsə verəcəyi bir tikə çörəyə möhtac olmaqdansa Qarabağda qalıb yaşaya bilərlər. Bunu biz indi deyirik, müharibə bitsin, Qarabağ işğaldan azad edilsin, ondan sonra kimlərin qalıb yaşamaq istədiyini görə bilərik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}