Vilayəti: "Əsas məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir"
Tarix: 31-10-2020 16:25 | Bölmə: Siyasət
Vilayəti: "Əsas məsələ Azərbaycan ərazilərinin işğaldan azad edilməsidir"

“Dağlıq Qarabağ probleminin əsas həll yolu işğaldakı ərazilərin boşaldılmasıdır”.

Reyting.az
ISNA-ya istinadla xəbər verir ki, bunu Ayətullah Xamnəinin beynəlxalq siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti bildirib.

“Ümid edirik ki, siyasi həll yolu ilə fitnənin qızışdırılmasında mühüm rol oynayanların əlləri kəsiləcək və tərəflər sülhə çatacaq. Əsas həll yolu işğal altındakı ərazilərin boşaldılması, Azərbaycan xalqının öz sərhədlərinə nəzarət etməsi və Ermənistanın bu yöndə çalışmasıdır”.

Vilayəti əlavə edib: “Bu, gürcülərin, ermənilərin və azərilərin dinc birgə yaşayış bölgəsidir. Bizi ortaq bağlar birləşdirir və bu əbədi bir bağdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}