Əraqçi: "İran və Türkiyənin regional sülh və sabitlikdə danılmaz rolu var"
Tarix: 31-10-2020 18:05 | Bölmə: Siyasət
Əraqçi: "İran və Türkiyənin regional sülh və sabitlikdə danılmaz rolu var"

“İran və Türkiyənin regional sülh və sabitlikdə danılmaz rolu var”.

Reyting.az
ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidentinin xüsusi elçisi və xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bildirib.

Xüsusi elçi bu bəyanatı Ankaraya səfəri çərçivəsində türkiyəli vəzifədaşı ilə görüşdükdən sonra deyib.

Abbas Əraqçi şəxsi “Twitter” hesabında yazdığı mesajda qeyd edib: “Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sadat Önal ilə səmimi və səmərəli danışıqlar apardım. İran və Türkiyə regional sülh və sabitlikdə danılmaz rola sahib olan ən vacib ölkələr arasındadır”.

Xatırladaq ki, İran prezidentinin xüsusi elçisi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri ilə danışıqlardan sonra bu gün Türkiyənin paytaxtı Ankaraya gəlib.

Səfər çərçivəsində Əraqçi Türkiyə XİN rəhbərinin müavini Sadat Önal ilə görüşüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}