19:11 / 03-02-2026
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
18:00 / 03-02-2026
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
17:42 / 03-02-2026
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb - Foto
17:25 / 03-02-2026
Kollecə direktor təyin olunub
17:11 / 03-02-2026
Azərbaycan Kubokunda ilk oyunların təyinatları açıqlanıb
17:04 / 03-02-2026
Haker şəbəkəsi ifşa olunub
16:48 / 03-02-2026
Respublika hərbi prokuroruna müavin təyin edilib
16:46 / 03-02-2026
Ölkələr üzrə orta intellekt əmsalı müəyyənləşib - Siyahı
16:23 / 03-02-2026
Ermənistan vətəndaşlarının məhkəməsi başlayır
16:15 / 03-02-2026
Ali Məclisdə yeni təyinat olub
16:00 / 03-02-2026
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə birgə hərbi təlimi izləyiblər - Fotolar
15:36 / 03-02-2026
Otuza yaxın şair-yazıçı AYB-dən xaric edilib
15:20 / 03-02-2026
Sabiq icra başçısının oğlu 40 villa alıb
15:15 / 03-02-2026
Elmar Məmmədyarov Epşteynlə görüşüb? - Sabiq nazirdən açıqlama
14:54 / 03-02-2026
"Tiktoker Roşka"nın məhkəməsi təxirə salınıb
14:46 / 03-02-2026
Qobustanda palçıq vulkanı püskürüb
14:41 / 03-02-2026
"Çatlayın, partlayın, ölün, istədiyiniz olmadı" - Səidə Rəqsanə ilə barışıb
14:13 / 03-02-2026
"Alma ovu"na çıxan məmura yeni vəzifə verilib
14:05 / 03-02-2026
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
14:04 / 03-02-2026
İstanbul görüşü: ABŞ və İran böyük nəticə əldə edə biləcəkmi?
14:00 / 03-02-2026
“Kəpəz”in futbolçusunu bıçaqlayıblar - Yenilənib
13:27 / 03-02-2026
Futzal üzrə Azərbaycan Kubokunun püşkü atılıb
13:12 / 03-02-2026
Yaponiyada güclü qar 30 nəfərin ölümünə səbəb olub
12:51 / 03-02-2026
Sabahın hava proqnozu açıqlanıb
12:50 / 03-02-2026
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
12:34 / 03-02-2026
İki nəfər 26 kq narkotiklə tutulub
12:24 / 03-02-2026
Şura bloger və "tiktoker"lərə müraciət edib
12:21 / 03-02-2026
Türk dronları vətəndaş müharibəsinin axarını dəyişir
12:10 / 03-02-2026
Növbəti üç gündə qar yağacaq - Xəbərdarlıq
12:06 / 03-02-2026
Tehranda bazar yanır
20:01 / 30-01-2026
Prezident icra başçısını vəzifədən azad edib - Foto
15:04 / 02-02-2026
Kamran Əliyev üç prokuror təyin edib
18:15 / 30-01-2026
Vəzifəli şəxslər həbs edilib - (Yenilənib) - Foto
17:48 / 30-01-2026
Yerə bənzəyən planet kəşf olunub
13:35 / 02-02-2026
Fevralın 17-də astronomik hadisə baş verəcək
11:42 / 30-01-2026
Tramp üçün əlavə bəhanə: ABŞ prezidenti İraqı niyə hədəfə alıb?
23:45 / 29-01-2026
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı istifadəyə icazə verilməyəcək
15:40 / 30-01-2026
Çempionlar Liqası: "Qarabağ"ın rəqibi bəlli olub
20:02 / 02-02-2026
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində - Yeni sənədlər imzalanıb - (Yenilənib) - Fotolar
06:55 / 30-01-2026
Avropa Rusiyanın məşhur şəxslərinə sanksiya tətbiq edib - Fotolar
14:13 / 02-02-2026
Kreml Avropada xaos yaratmağı planlaşdırır
Qüdrət Həsənquliyev: “Türkiyə Qarabağın azadlığına özünün İstiqlal savaşı kimi baxır”
Tarix: 01-11-2020 09:19 | Bölmə: Siyasət

“Rusiya vasitəçi ölkə kimi neytrallığını qoruyub saxlamalıdır. Rusiya Ermənistanın hərbi-siyasi müttəfiqi olsa da, bizim də strateji tərəfdaşımızdır. Azərbaycan Rusiya ilə səmimi olaraq yaxın qonşuluq və dostluq siyasəti yürüdür və bu münasibətlərə böyük önəm verir. Hesab edirəm ki, Putin indiki mövqeyi ilə, inşallah, keçirəcəyimiz Qələbə paradına regionun digər dövlət başçıları kimi dəvət haqqını qazanıb”.
Reyting.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Rusiya Xarici İşlər Nazirliyinin Paşinyanın kömək yalvarışlarına verdiyi cavabı şərh edərkən bildirib.
Q. Həsənquliyev deyib ki, axı Rusiya niyə Ermənistana kömək etməlidir? Söhbət yalnız Paşinyanın ruslara nifrətindən getmir:
“Erməni xalqı öz xəyanətkar xisləti ilə hesab etdi ki, Rusiyaya güvənərək Azərbaycanın 20 faiz ərazisini işğal edib, yeni müharibə başlayarsa, Rusiya etməsə də, Qərb və digər region dövlətləri onlara kömək edəcək, həm də onlar güclü müdafiə istehkamları qurublar. Deməli, Rusiyaya xəyanət edib, ruslara nifrət bəsləyən birini özlərinə lider seçə bilərlər. Paşinyan da hakimiyyətə gələn kimi Rusiyanı tədrici addımlarla Ermənistandan çıxarmağa başladı, xalq da onun bu siyasətini dəstəklədi. Ona görə də Rusiya deyir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində öhdəliklərimizə sadiqik. Müharibə Azərbaycan ərazisində getdiyindən biz sizin kimi satqınlara görə beynəlxalq hüququ ayaqlar altına atıb Azərbaycanla, həm də təkcə Azərbaycanla yox, o cümlədən Türkiyə ilə münasibətləri poza bilmərik. Bununla da Rusiya satqın erməni xalqına “dərs” verir. Paşinyana da dolayısı ilə deyir ki, özün kimi saqqallı rusafob tərəfdarlarını göndər Qarabağa döyüşməyə, qoy qırılsınlar. Sonra baxaq görək İrəvanın küçələrində səni kim dəstəkləyəcək. O da axmaq olduğu üçün göndərir. Həm də axmaq olduğu üçün vəziyyəti düzgün qiymətləndirə bilmir, işğalçı ordusunu Azərbaycandan çıxarmaq əvəzinə, fikirləşir ki, son əsgərini də döyüşə göndərib vaxt udsa, bəlkə Qərb özü kömək etməsə də, Rusiyaya təzyiq göstərib onları Ermənistan üçün döyüşməyə göndərə bilər. Amma Paşinyan başa düşmür ki, məsələ tək onunla bağlı deyil, daha çox həmişə onlara qucaq açmış qonşularına nankorluq edən erməni xalqı ilə bağlıdır. Bu xalq qonşularına etdiyi xəyanətlərin acısını yaşayıb tövbə etməli, qonşuları ilə ləyaqətli birgəyaşayış yolu seçməli, beynəlxalq hüquq normalarına hörmət etməyi öyrənməlidir”.
BAXCP sədrinin sözlərinə görə, Paşinyan hərbi canidir: “O, öz təhrikedici hərəkətləri ilə bizə müharibəyə başlamaqdan ayrı yol qoymadı. Əvvəlcə dedi ki, “Qarabağ Ermənistandır”. Sonra bizim hisslərimizə toxunub, bizi alçaltmaq üçün qondarma rejimin cinayərkar başçısının “inaqruasiya”sını Şuşada təşkil etdi. Bu azmış kimi bəyan etdi ki, qondarma rejimin “parlamenti”ni Şuşaya köçürəcək. Bundan başqa, oğlunu Qarabağa hərbi xidmətə göndərdi. Ardınca həyat yoldaşına hərbi forma geyindirib, əlinə avtomat silahı verib Qarabağa yolladı. O da gülə-gülə Azərbaycan əsgərinin maketinə atəş açmaqla bacardığı formada bizi alçaltdı. Müdafiə naziri yeni torpaqlarımızı işğal edəcəyi ilə bizi hədələdi.
Ermənistan beynəlxalq hüquqa zidd olaraq işğal altındakı torpaqlarımızı xaricdən köçürülən ermənilərlə məskunlaşdırmağa başladı və s. Sonra sərhədlərimizə hücum etdi, qarşımıza yeni alçaldıcı şərtlər qoydu, bir sözlə, bizi əks-hücum əməliyyatlarına başlamağa məcbur etdi. Müharibə başlayandan sonra isə beynəlxalq qanunlarla qadağan olunmuş silahlardan istifadə etməyə başladı. Həmin silahlardan döyüş meydanlarından çox uzaqda olan şəhər və kəndlərimizdə dinc sakinlərə atəş açdırdı. Yüzə yaxın dinc sakini qətlə yetirdi. Bu axmaq fikirləşirdi ki, Azərbaycanı müharibəyə başlamağa məcbur etdiyi kimi, indi də bizi cavab addımları kimi Ermənistandakı mülki obyektlərə zərbə endirməyə təhrik edəcək və beləliklə də Rusiyanı bu münaqişəyə cəlb edəcəkdir. Bu zaman Qərb ona əsgəri yardım etməklə yanaşı, Dağlıq Qarabağın müstəqilliyini tanıyacaq. Çünki bu müharibə ilə həm də Qərb ölkələrindəki müttəfiqləri ilə aralarında müəyyən gərginlik yaşanan Türkiyə ilə Rusiyanı da üz-üzə qoyacaq və Qərbdəki müəyyən dairələri arzusuna çatdırmaqla böyük xidmət göstərmiş olacaq. Qarşılığında isə bu yolla qondarma rejimin beynəlxalq miqyasda tanınmasına nail olacaq”.
Q. Həsənquliyev Paşinyanı nəzərdə tutaraq əlavə edib: “Bu səfeh məxməri Baş nazirin kimliyini və hansı ağla sahib olmasını hamı tezliklə başa düşdü və ondan üz döndərdi. İndi o, minlərlə insanın həyatı bahasına başa gəlmiş bu müharibə avantürasına görə məhkəmə qaşısında cavab verməlidir. Müharibə başa çatdıqdan sonra Rusiyanın da bu məsələdə bizə kömək edəcəyinə ümid bəsləyirəm”.
Q. Həsənquliyev inanır ki, Rusiya prezidenti Putin mövqeyini dəyişməyəcək: “İnanmıram ki, onun bizim əleyhimizə hansısa planı olsun. Rusiya, Türkiyə və Azərbaycan liderlərinin xarekterində oxşar cəhətlər çoxdur, satqınlığa və xəyanətə yer yoxdur. Yeltsin vaxtilə deyirdi ki, o, döyüşçüdür. İndi həmin fikri hər üç liderə aid etmək olar. Hər üç şəxs böyük strateq olmaqla yanaşı eksterimal vəziyyətdə daha böyük potensial ortaya qoymağı, öz ölkələrinin marağı tələb edəndə sona qədər mübarizə aparmağı bacarır. Azərbaycanın ərazi bütövlüyünün bərpası hər üç ölkənin milli maraqlarına uyğundur. Həm də təkcə onların yox, Ermənistan da daxil olmaqla bütün region ölkələrinin. Ona görə də onların mövqelərindən geri çəkiləcəyinə inanmıram. İnşallah, torpaqlarımızı tamamilə azad edəcəyik”.
Deputat sonda bir məqamı da diqqətə çatdırıb: “Türkiyə Qarabağın azadlığı uğrunda apardığımız Vətən müharibəsinə özünün İstiqlal savaşı kimi baxır. Ona görə də 120 min erməniyə Azərbaycan torpaqlarında ikinci eməni dövləti qurmaq istəyənlər gərək o sayda da əsgərinin ölümünü göz önünə alıb nəticəsi onlar üçün qaranlıq olan, regionu qeyri-müəyyənliyə sürükləyəcək savaşa girsinlər...”
Sonda onu da qeyd edək ki, Q. Həsənquliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyib. “Türk xalqı üçün keçmiş olsun!”- deyib.
Bölməyə aid digər xəbərlər

Bu gün, 17:11
Azərbaycan Kubokunda ilk oyunların təyinatları açıqlanıb
Bu gün, 12:50
Ukraynaya 500-dən çox dron və raketlə hücum olub - Foto
Bu gün, 07:56
ABŞ-İran danışıqları İstanbulda aparılacaq
Bu gün, 07:49
Tramp yenə BMT-ni tənqid edib
Dünən, 10:58
“QHT işi”: Mehriban Rəhimlinin məhkəməsi başlayır
30-01-2026, 18:07
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
30-01-2026, 15:21
Hikmət Hacıyev BMT rəsmisi ilə müzakirə aparıb
30-01-2026, 13:20
Zelenski Moskvada Putinlə görüşü istisna edib
30-01-2026, 12:42
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
30-01-2026, 12:09
ABŞ müdafiə naziri NATO-nun əsas görüşündə iştirakdan imtina edib
30-01-2026, 09:55
Rusiya BMT-dən nəyi xahiş edir?
30-01-2026, 06:36
Amerikalılar Trampı klassik faşistə bənzədir
29-01-2026, 15:27
Bəylər Eyyubovun qardaşı oğlu həbsdən buraxılmayıb
29-01-2026, 08:18
Ankara İranda sabitliyin tərəfdarıdır
28-01-2026, 23:53
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
28-01-2026, 17:10
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb - Yenilənib
28-01-2026, 15:18
Deputatlar daha 16 qanuna dəyişiklik edəcək - Siyahı
28-01-2026, 13:45
Türkiyəyə qarşı plan: ABŞ geri çəkilir, Fransa terror təşkilatına köməyini artırır
28-01-2026, 11:04
Abbas Abbasovun Bakıdakı mənzillərində axtarış aparılıb
28-01-2026, 10:08
Sülh Şurası Azərbaycanı təsisçi üzv kimi salamlayıb
27-01-2026, 21:17
Ukrayna ABŞ ilə 20 bəndlik sülh sənədi imzalayacaq
27-01-2026, 17:08
Milli Məclisə bu təşkilatda müşahidəçi statusu verilib
27-01-2026, 13:29
Apellyasiya Məhkəməsi Əli Kərimli barəsində qərar verib
27-01-2026, 13:16
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb
27-01-2026, 12:47
Ceyhun Bayramov Çinə gedib
27-01-2026, 12:26
Türkiyənin Ermənistana yardım edəcəyi ilə bağlı iddialar əsassızdır
27-01-2026, 10:40
XİN Holokost qurbanlarını anıb
27-01-2026, 08:34
HƏMAS rəsmiləri Ankarada səfərdədir
26-01-2026, 19:33
İsrailin xarici işlər naziri Bakıda deputatlarla görüşüb
26-01-2026, 12:47
Azərbaycan və İsrail XİN başçıları görüşüb - (Yenilənib) - Foto
26-01-2026, 10:22
Sahibə Qafarova Bəhreyn kralı ilə müzakirə aparıb
26-01-2026, 08:05
ABŞ-nın Qrenlandiya ilə bağlı planı üzə çıxıb
24-01-2026, 23:50
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb
24-01-2026, 16:28
Fəzail Ağamalı: "Qızım yeni sədrdir, oğlum isə partiyadan çıxarılıb"
24-01-2026, 15:22
Ana Vətən Partiyasına sədr seçiblər - Qurultay
23-01-2026, 17:05
Apellyasiya Məhkəməsi Zabil Qəhrəmanovu həbsdə saxlayıb
23-01-2026, 16:44
Bakı Vaşinqtonun etibarlı tərəfdaşına çevrilib - Politoloq
23-01-2026, 14:42
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yayıb
23-01-2026, 14:22
Ceyhun Bayramov İran XİN başçısının müavini ilə görüşüb
23-01-2026, 12:17
Zaur Əkbər Avropaya mühacirətə yollanıb

Əfşar Süleymani: Trampın siyasəti İranın təklənməsinə gətirib çıxarıb. Bu günədək Rusiya və Çin də hərbi imkanlarının hamısını İrana verməyiblər
“Qarabağ”ın baş məşqçisi deyir ki, "Ayntraxt"la qarşılaşmada baxımlı oyun nümayiş etdirməyə çalışacaqlar
ADP sədri deyir ki, hələlik İranda baş verən proseslərin inkişafı xarici güclərin, xüsusilə ABŞ-ın mövqeyindən, həmçinin Türkiyə və Azərbaycanın bu məsələdə milli maraqlarını nə dərəcədə ön plana çəkməsindən asılı olacaq
Rejissor və aktyor deyir ki, yeni fəaliyyətə başlayan teatrda tamaşaçını pasiyent əvəz edəcək
Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər