Prezidentin köməkçisi vətəndaşları cəbhədən məlumatlar yaymamağa çağırıb
Tarix: 03-11-2020 15:50 | Bölmə: Siyasət
Prezidentin köməkçisi vətəndaşları cəbhədən məlumatlar yaymamağa çağırıb

“Bəzən gözləntilərimiz də olur. Ancaq biz cəbhədə qanı, canı bahasına döyüşən əsgərlərimizin zəhmətini yüksək qiymətləndirməliyik”.

Reyting.az
xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın rəşadətli oğulları işğal olunmuş əraziləri addımbaaddım düşməndən azad edirlər: “Əsgərlərimiz döyüş tapşırığı, onların yerləşdiyi ərazilərlə bağlı məlumatların verilməsi onların canı bahasına başa gələ bilər. Vətəndaşlarımızdan xahiş edirik ki, rəsmi mənbələrə istinad etsinlər. Ermənistan isə öz ictimaiyyətindən həqiqəti gizlədir”.




Bölməyə aid digər xəbərlər