Rəsmi Bakı Ayətullah Xamnəiyə təşəkkür edib
Tarix: 03-11-2020 16:49 | Bölmə: Siyasət
Rəsmi Bakı Ayətullah Xamnəiyə təşəkkür edib

“İran Ali Rəhbərinin işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin Azərbaycan Respublikasına qaytarılması vurğusundan sonra Azərbaycan rəsmiləri bu mövqeyi yüksək qiymətləndiriblər”.

Reyting.az
İRNA-ya istinadla xəbər verir ki, bunu öz “Twitter” mesajında İslam Respublikasının Bakıdakı səfiri Seyyid Abbas Musəvi yazıb.

“Ali Liderin Qarabağla bağlı bəyanatlarından az sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov mənimlə telefon danışığı apararaq bu vacib və ədalətli bəyanatlara görə Azərbaycan Respublikası hökuməti və xalqı adından təşəkkürünü bildirdi və iki qonşu ölkənin dostluq və qardaşlığını vurğuladı”.

Xatırladaq ki, bu gün İslam Peyğəmbəri (s.) və İmam Cəfər Sadiqin (ə.) mövludu münasibəti ilə bayram nitqində Ayətullah Xamnəi vurğulayıb: “İki qonşumuz arasında gedən müharibə acı bir hadisədir. Ən qısa müddətdə bitməlidir. Məlumdur ki, bu ərazilər Azərbaycanındır və Ermənistan tərəfinin zəbt etdiyi ərazilər azad edilməlidir. Azərbaycan Respublikası bu məsələdə haqlıdır. Müharibə tərəfləri beynəlxalq sərhədlərin toxunulmazlığını təmin etməlidirlər”.




Bölməyə aid digər xəbərlər