Rusiya XİN: “Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü barədə danışmaq hələ tezdir”
Tarix: 03-11-2020 17:21 | Bölmə: Siyasət
Rusiya XİN: “Ermənistan və Azərbaycan rəhbərlərinin görüşü barədə danışmaq hələ tezdir”

“Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşün təşkili barədə danışmaq hələ tezdir”.

Reyting.az
“əl-Cəzirə”yə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, “indi ekspert səviyyəsində, ilk növbədə ATƏT-in Minsk qrupundakı həmsədrlik çərçivəsində danışıqlar aparılır”.

Nazir müavininin sözlərinə görə, Rusiya münaqişənin hərbi yolla həllinin qeyri-mümkünlüyünə istinad edir.

Andrey Rudenko deyib: “Çözüm bütün tərəflərin maraqlarını nəzərə alaraq hərtərəfli və siyasi olmalıdır”.




Bölməyə aid digər xəbərlər