XİN rəsmisi Ermənistan prezidentinə cavab verdi: "Fakt ondan ibarətdir ki..."
Tarix: 04-11-2020 11:59 | Bölmə: Siyasət
XİN rəsmisi Ermənistan prezidentinə cavab verdi: "Fakt ondan ibarətdir ki..."

Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində həqiqətləri təhrif edib.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də yazıb.

XİN rəsmisi bildirib: “O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb. Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt ondan ibarətdir ki, 1989-cu il siyahıyaalmasına görə 390 505 erməni yaşayıb”.




Bölməyə aid digər xəbərlər