Belarus Rusiyadan nüvə silahı almağa başlayıb
Tarix: 14-06-2023 16:02 | Bölmə: Slayd
Belarus Rusiyadan nüvə silahı almağa başlayıb

Belarus Rusiyadan taktiki nüvə silahı almağa başlayıb. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. Lukaşenko deyib ki, bu silahlar ABŞ-ın 1945-ci ildə Xirosima və Naqasakiyə atdığı atom bombalarından üç dəfə güclüdür.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin taktiki nüvə silahları üzərində nəzarəti özlərində saxlayacaqlarını bildirib.

Xatırladaq ki, mayın 25-də Rusiya və Belarusun müdafiə nazirləri Belarus ərazisində taktiki nüvə silahlarının yerləşdirilməsi ilə bağlı sənədlər imzalayıblar. Həmin gün Lukaşenko Rusiyanın nüvə silahlarının artıq Belarusa ötürülməyə başlandığını açıqlayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər