23:41 / 04-06-2025
Beş rayonda zəlzələ olub
12:30 / 04-06-2025
Sabah yağış yağacaq
Bakıdan Təbrizə birbaşa uçuşlar başlayır, Tehrana avireyslərin sayı artırılır
Tarix: 03-06-2025 11:25 | Bölmə: Slayd
Bakıdan Təbrizə birbaşa uçuşlar başlayır, Tehrana avireyslərin sayı artırılır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirərək 15 iyun tarixindən etibarən Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslərə başlayacaq. Biletlər bu gün satışa çıxarılacaq.

Reyting.az
AZAL-a istinadla bildirir ki, bu istiqamətdə uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri olacaq.

Qeyd edək ki, AZAL Təbriz şəhəri ilə yanaşı İranın paytaxtı Tehrana müntəzəm reyslərin sayını artırır. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.




Bölməyə aid digər xəbərlər