23:41 / 04-06-2025
Beş rayonda zəlzələ olub
12:30 / 04-06-2025
Sabah yağış yağacaq
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
Tarix: 03-06-2025 09:58 | Bölmə: Slayd
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var

Aralıq dənizinin Türkiyə sahilində 5,8 maqnitudalı zəlzələ baş verib.

Reyting.az
Türkiyə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə istinadla bildirir ki, zəlzələnin episentri Muğla şəhərinin Marmaris rayonundan 10,43 km məsafədə qeydə alınıb.

Məlumata görə, Aralıq dənizində baş verən zəlzələnin ocağı 67,91 km dərinlikdə yerləşib.

Zəlzələ İzmir və Antalyada da hiss edilib.

Muğla şəhərinin valisi İdris Akbıyık zəlzələ zamanı təşvişə düşmüş bir nəfərin öldüyünü, 69 nəfərin yaralandığını açıqlayıb.

Ölən şəxsin 14 yaşlı yeniyetmə olduğu bildirilir.

Bundan əlavə, Vali şəhərdə heç bir dağıntı olmadığını vurğulayıb.




Bölməyə aid digər xəbərlər