Laçındakı sərhəd-buraxılış məntəqəsi atəşə tutulub, yaralımız var - Yenilənib
Tarix: 15-06-2023 09:57 | Bölmə: Slayd
Laçındakı sərhəd-buraxılış məntəqəsi atəşə tutulub, yaralımız var

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsini atəşə tutub.

Reyting.az
xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçisi yaralanıb.

Yaralanmış sərhədçinin vəziyyəti stabildir, ona ilkin tibbi yardım göstərilib.

Təxribatın bu gün səhər saatlarında Azərbaycan Respublikasının Dövlət bayrağının qaldırılması zamanı baş verib.

Hazırda vəziyyət bölmələrimizin nəzarəti altındadır.

***

Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. Məlumatda bildirilir ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsyuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Reyting.az




Bölməyə aid digər xəbərlər