08:51 / 14-06-2025
Əcnəbilər İrandan Azərbaycana keçərək təxliyə olunur - Fotolar
08:07 / 14-06-2025
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

13:40 / 11-06-2025

18:45 / 10-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

07:27 / 12-06-2025

İsrail Ukraynaya niyə silah vermir? - Kremlin “etibar et, amma yoxla” taktikası
Tarix: 16-06-2023 10:19 | Bölmə: Slayd

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Kiyevlə “Dəmir Qübbə” raketdən müdafiə sistemlərini təhvil verməkdən imtina etməsinin səbəbini açıqlayıb. Hökumət başçısı hərbi əməliyyatlar zamanı texnikanın Rusiyanın əlinə keçə biləcəyindən ehtiyat etdiyini bildirib. İndi İsrail rəhbərliyi Moskva ilə “açıq və səmimi” dialoq qurub, bu dialoqda tərəflər Ukraynadakı mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparır, lakin Yaxın Şərq oyunçusu hələ də Rusiya-İran əməkdaşlığının potensialından narahatdır.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Netanyahu “Dəmir Qübbə” ilə bağlı mövqeyini Knesset (parlament) deputatları ilə görüşdə izah edib, onun qapalı hissəsi “Axios” portalı sayəsində məlum olub.
Baş nazir bildirib ki, raketdən müdafiə sistemi Kiyevə verilərsə, Rusiya tərəfinə, oradan isə İrana keçə bilər. İsrailin müvafiq qurumları hesab edir ki, Tehran yəhudi dövlətinin “çətirində” zəifliklər tapmaq üçün “Dəmir Qübbə”nin mühəndislik işində maraqlıdır. Bu ilin martında Amerikanın CNN telekanalı mənbələrə istinadla artıq İslam Respublikasının Qərb silahlarının dizaynını təkrar istehsal etməyə çalışdığına dair şübhələri artırıb.
Netanyahu görüş iştirakçılarına bildirib ki, onun hökuməti narahatlıqlarını xüsusi dialoq platforması vasitəsilə Moskvaya çatdırır. Bu, İsrailin Rusiya-İran hərbi-texniki əməkdaşlığının səviyyəsindən narahatlığına da aiddir, ona dair ABŞ və onun müttəfiqləri ayrıca ittiham xətti qurur. Rəsmilər ciddi şəkildə inanırlar ki, bu xətt üzrə tərəfdaşlıq hansısa mərhələdə yəhudi dövlətinin təhlükəsizliyinə zərbə vura bilər. Bununla belə, fikir mübadiləsi qarşılıqlı xarakter daşıyır. Rusiya tərəfi, baş nazirin sözlərinə görə, eyni zamanda, bu “açıq və səmimi” kanal vasitəsilə İsrailin Ukraynaya kömək etməyə hazır olmaması ilə bağlı arqumentlərini təqdim edir.
Vurğulanan neytrallığa baxmayaraq, Yaxın Şərq ölkəsi Kiyevə siyasi və humanitar dəstək verir. Bu kontekstdə diqqətəlayiq hadisələrdən biri Ukraynada “Tseva Adom” mülki xəbərdarlığı sisteminin quraşdırılması prosesi olub. “Times of Israel” qəzetinin yazdığına görə, o, sentyabr ayında tam formatda istifadəyə verilməlidir.
Deputatlarla təkbətək söhbətində Netanyahu İsrailin əvvəlki hökumətinin başladığı neytrallıq kursunu davam etdirəcəyinə söz verib. Parlamentariləri təəccübləndirən baş nazirin, əvvəlki hakim koalisiyanın bu istiqamətdə işləyib hazırladığı yanaşmalara müsbət münasibətidir.
Ola bilsin ki, “Dəmir Qübbə” problemi İsrailin iştirakı olmadan da həll edilsin. May ayında Senatda çıxış edən ABŞ Ordusunun Kosmos və Raketdən Müdafiə Komandanlığının rəhbəri general-leytenant Daniel Karbler deyib ki, ABŞ ordusunun ixtiyarında bu müdafiə vasitələrinin iki batareyası var. Onlardan birində mütəxəssislər yeni avadanlığın quraşdırılması üzərində işləyir, digəri isə Ukraynadan “tələb olarsa” orada yerləşdirilməyə tam hazırdır.
Bu görüşdə bəzi senatorlar qeyd ediblər ki, ABŞ hər il Yaxın Şərqdəki müttəfiqinə “Dəmir Qübbə”nin imkanlarını inkişaf etdirməyə kömək edir və buna görə də texnologiyanın ötürülməsinə mənəvi haqqı var.
Lakin görünən odur ki, Ukrayna hərbi teatrındakı silahların İranın əlinə keçməsi məsələsi İsraili çox ciddi narahat edir. İyunun 15-də “Newsweek”-in İsrail Müdafiə Ordusunda (IDF) yüksək vəzifəli mənbələri Kiyevin Qərb silahları ilə təminatının gec-tez onların bir çox istehsal sirlərinin Tehrana məlum olacağı ilə bağlı qorxularını bölüşüblər. Üstəlik, “Newsweek”in həmsöhbətləri əmindirlər ki, İslam Respublikasına “paket sirlərinin açılması” üçün ələ keçirilmiş Qərb istehsalı olan avadanlıqların verilməsi Rusiya-İran tərəfdaşlığının elementidir. IDF İran tərəfinin bu texnologiyalarla “Həmas” və “Hizbullah” qruplarına kömək etmək niyyətində olduğunu istisna etmir. Lakin ABŞ rəsmiləri bu qorxuları rədd edir.
Eyni zamanda, İsrailin Kremllə münasibətlərdə sadiq qaldığı model hələ də Qərb ölkələrinin yanaşmaları ilə ziddiyyət təşkil edir. İyunun 11-də Qüdsdəki Sergiyevski məhəlləsində Rusiya Günü şərəfinə təşkil olunan tədbir ev sahibi ölkənin rəsmilərinin iştirakı ilə keçirilib. Təbrik nitqini Likud partiyasını təmsil edən İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamliel səsləndirib. Qəbulda yəhudi dövlətinin Rusiyadakı diplomatik missiyasının yeni rəhbəri Simona Halperin, İsrail Xarici İşlər Nazirliyinin protokol rəhbəri Gil Haskel, eləcə də baş nazir aparatı, Milli Təhlükəsizlik Şurası, Knesset və müxtəlif bələdiyyələrin nümayəndələri iştirak ediblər.
İsrail Xarici İşlər Nazirliyi vurğulayır ki, qurum əməkdaşlarının Ukraynada baş verən hadisələr fonunda Rusiya rəsmiləri ilə əlaqəni məhdudlaşdırmaq barədə hələlik göstərişləri yoxdur. Lakin bu o demək deyil ki, əməkdaşlığın digər sahələrində böhran əlamətləri sezilmir.
Keçən ay İsrailin “Channel 12” telekanalı mənbələrə istinadla xəbər vermişdi ki, vaxtilə Suriyada yoxa çıxan IDF əsgərlərinin qalıqlarının axtarışında Rusiya tərəfi ilə əməkdaşlıq dondurulub. Humanitar əməkdaşlığın bu aspekti iki dövlət arasında etimadın qurulması vasitəsi rolunu oynayıb və Netanyahu 2019-cu ilin aprelində Moskvaya səfəri zamanı onu mühüm ortaq dəyər kimi xarakterizə edib.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 08:07
Cəlaloğlu: İranın vurulmasının iki səbəbi var
Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var