Ermənistanda yeni qanun: orduya gedən qadınlara 1 milyon ödəniləcək
Tarix: 16-06-2023 20:08 | Bölmə: Slayd
Ermənistanda yeni qanun: orduya gedən qadınlara 1 milyon ödəniləcək

Ermənistanda “Qadınların könüllü hərbi xidmət keçməsi haqqında” qanun parlamentdə təsdiqlənib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistanın “Armenpress” agentliyi məlumat yayıb.

Bildirilir ki, qanun layihəsi bu gün səs çoxluğu ilə parlamentdən keçib.

Ermənistanın Müdafiə naziri Suren Papikyan yeni qanunun barədə agentliyə danışıb. Onun sözllərinə görə, bundan sonra orduda qadın batalyonları yaradılacaq:

"Qadın vətəndaşlar üçün könüllü hərbi xidmət sistemi tətbiq edilib. 18-27 yaşlı Ermənistan Respublikasının vətəndaşları müraciət edərək, xüsusi yaradılacaq batalyonlarda xidmət keçəcəklər. Onların hərbi xidmət müddəti 6 ay olacaq. Xidmətə qəbul edilən qadın əsgərlər püşkatma olmadan təlim bölməsinə göndəriləcəklər. Hər bir könüllü ilə müqavilə imzlanacaq. 6 aylıq təlimin sonunda onlara 1 milyon dram (təxminən 4500 manat) ödəniləcək. Əgər onlar xidmət zamanı xəsarət alarlarsa, buna ayrıca baxılacaq".

Qeyd edək ki, Ermənistanda 18-27 yaş arası kişilər 2 il müddətinə hərbi xidmət keçir. Ölkədə ildə iki dəfə - yayda və qışda çağırış elan olunur.

E. ARAZ
Reying.az




Bölməyə aid digər xəbərlər