Ukrayna Qarabağdakı separatçını axtarışa verib
Tarix: 18-06-2023 14:21 | Bölmə: Slayd
Ukrayna Qarabağdakı separatçını axtarışa verib

Moskvanın xüsusi missiya ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə göndərdiyi erməni əsilli milyarder Ruben Vardanyan Ukrayna tərəfindən axtarışa verilib.

Reyting.az
-ın xəbərinə görə, Ukraynanın sanksiya tətbiq edilən şəxslərin siyahısına daxil etdiyi Ruben Vardanyan “dərhal saxlanılaraq Ukrayna və NATO ölkələrinin hüquq-mühafizə orqanlarına təhvil verilməli” şəxs kimi qeyd edilib.

Qeyd edək ki, bu ilin fevralında Xankəndidəki separatçı tör-töküntülərinin “dövlət naziri” Ruben Vardanyan "postu"nu itirib.(APA)





Bölməyə aid digər xəbərlər