Zülfüqarov: “Bu qarşıdurma qlobal rəqabətin görünən hissəsidir”
Tarix: 19-06-2023 09:54 | Bölmə: Slayd
Zülfüqarov: “Bu qarşıdurma qlobal rəqabətin görünən hissəsidir”

"21-ci əsrin birinci rübü sona yaxınlaşır. İndi demək olar, dünya gündəminin əsas mövzusu, formalaşmış “Kollektiv Qərb” koalisiyası ilə öz tərəfdarlarından ibarət ittifaq yaratmağa başlayan Çin arasında dünyada liderlik uğrunda gedən mübarizədir".

Bunu Reyting.az-a Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Onun fikrincə, Ukraynadakı müharibə, Turan İttifaqının sürətlə formalaşması, Hindistanın siyasi və iqtisadi baxımdan “sıxılması”, Cənub-Şərqi Asiya və Afrikada iqtisadi qarşıdurma qlobal rəqabətin görünən hissəsidir: "Daha doğrusu, bu, güc mərkəzlərinin yeni "soyuq müharibə"sinin qarşıdan gələn mərhələsidir".

Zülfüqarov əlavə edib ki, ideyalar və təxminlər hələ də xaotik olsa da, konsepsiya göz qabağındadır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər