Rusiya İsveçə nüvə silahları ilə hücum edə bilər
Tarix: 19-06-2023 10:07 | Bölmə: Slayd
Rusiya İsveçə nüvə silahları ilə hücum edə bilər

Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda, NATO-ya üzv olmaq istəyən İsveç diqqətçəkən xəbərdarlıq edib.

Reyting.az
-ın məlumatına görə, bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən NATO-ya üzv olmaq istəyən, lakin Türkiyə və Macarıstan tərəfindən üzvlüyü hələ də təsdiqlənməyən İsveçdə müdafiə hesabatı hazırlanıb.

İsveç parlamentinin müdafiə komitəsinin hazırladığı hesabatda bildirilir ki, Rusiyanın İsveçə hücum etməsi mümkündür.

İsveç dövlət televiziyası SVT-yə danışan mənbələr bazar ertəsi dərc olunacaq hesabatın təfərrüatlarını açıqlayıblar.

Hesabata görə, Rusiyanın quru qüvvələrinin prioriteti Ukrayna olsa da, İsveçə qarşı da müxtəlif növ hücumlar mümkündür.

Hesabatın açıq hissəsində deyilir ki, Rusiyanın hava qüvvələri, dəniz donanması, uzaqmənzilli və ya nüvə silahları ilə İsveçə hücum etmək imkanı var.

Sənəddə İsveçin Skandinaviya ölkələri və Avropa Birliyi əvəzinə NATO ilə daha yaxın olmasının vacibliyi diqqətə çatdırılır və yeni doktrinanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər