Ağdamda kütləvi məzarlıq tapılıb - Yenilənib
Tarix: 19-06-2023 11:42 | Bölmə: Slayd
Ağdamda kütləvi məzarlıq tapılıb

Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində kütləvi məzarlıq aşkarlanıb.

Reyting.az
 xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

***

Baş Prokurorluq Ağdam rayonunda aşkarlanan kütləvi məzarlıqla bağlı məlumat yayıb.


Prokurorluq bildirib ki, iyunun 19-u saat 09 radələrində Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.



Reyting.az




Bölməyə aid digər xəbərlər