Kreml təhlükəli tədbirlərə Putinin oxşarlarını göndərir - Video
Tarix: 19-06-2023 16:33 | Bölmə: Slayd
Kreml təhlükəli tədbirlərə Putinin oxşarlarını göndərir

Rusiya prezidenti Vladimir Putinin bir neçə oxşarının olduğu və onların bəzi tədbirlərdə ölkə başçısını əvəz etdiyi bildirilir.

Reyting.az
xarici KİV-lərə (UNİAN) istinadla xəbər verir ki, psixologiya üzrə fəlsəfə doktoru, psixodiaqnostika mütəxəssisi Dmitri Popov Putinin bu gün neçə oxşarının olduğunu və onları necə ayırd etməyin mümkünlüyündən danışıb.

D. Popov iddia edir ki, V. Putinin üç oxşarı var. Onlardan biri çox yaxınlarda ortaya çıxıb və Rusiya prezidenti kimi Mariupola da gedib:

“O, Donetsk və ya Luqansk yaxınlığında hərbi bazada oldu və orada bir növ görüş keçirdi”.

D. Popovun sözlərinə görə, təxminən 2015-ci ildən bəri Rusiya Putinin oxşarlarından istifadə edir. Hətta onlardan biri müəyyən tədbirlərdə Putnin əvəzidən çıxışlar da edir: “Həm də həmin şəxs yaxşı çıxışlar edir, çox güman ki, onun hansısa elmi dərəcəsi də var. O, İqtisadi Forumda da çıxış edib”.

Reyting.az Popovun bununla bağlı video-müsahibəsini təqdim edir:



ELÇİN




Bölməyə aid digər xəbərlər