07:38 / 14-06-2025
Bu gün orta məktəblərdə “Son zəng” çalınacaq
23:40 / 13-06-2025
Putin Pezeşkian və Netanyahu ilə telefon danışıqları aparıb
22:31 / 13-06-2025
İran İsrailə raket hücumuna başlayıb
21:20 / 13-06-2025
Şəmkirdə iki nəfər kanalda batıb
19:03 / 13-06-2025
Müğənninin itkin düşən qardaşı oğlu tapılıb
18:49 / 13-06-2025
“Rəmzi qisas erası bitdi” - Ekspertlər İsrail-İran duelinin aqibətini necə görür?
18:29 / 13-06-2025
“Space” TV-yə xəbərdarlıq ediblər
18:23 / 13-06-2025
ABŞ İranı vurmaq üçün “yaşıl işıq” yandırıb
18:05 / 13-06-2025
Təl-Əvivdə kritik görüş başlayır
18:03 / 13-06-2025
Vilayət Eyvazov Gürcüstan DİN başçısı ilə görüşüb
17:58 / 13-06-2025
90-a yaxın mədəniyyət nümayəndəsi İrandan Azərbaycana gətiriləcək
17:43 / 13-06-2025
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
17:22 / 13-06-2025
Tramp: İrana 60 gün vaxt vermişdim, bu gün 61-ci gündür
17:06 / 13-06-2025
Laçın şəhərinin Baş planı təsdiqlənib
17:03 / 13-06-2025
Qriqoryan: Paşinyan-Ərdoğan görüşünü inkar etmirəm
16:54 / 13-06-2025
Son 24 saatda Təbriz üçüncü dəfə hücuma məruz qalıb
16:50 / 13-06-2025
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
16:44 / 13-06-2025
Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram
16:38 / 13-06-2025
AEBA: "İranın Natanzdakı nüvə obyekti ciddi şəkildə zədələnib"
16:24 / 13-06-2025
İsrailin Tehrana hücumu nəticəsində 78 nəfər ölüb
16:21 / 13-06-2025
Hikmət Hacıyev Çexiyaya səfər edib
16:09 / 13-06-2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
15:30 / 13-06-2025
Axtarışda olan şəxslər Azərbaycana ekstradisiya edilib
13:02 / 13-06-2025
XİN: "İranda Azərbaycan vətəndaşları zərər çəkməyib"
12:57 / 13-06-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 13-06-2025
Dünən bank kartlarından 20 min manat oğurlanıb
12:34 / 13-06-2025
Trampın xüsusi nümayəndəsi iranlı diplomatlarla görüşmək niyyətindədir
12:22 / 13-06-2025
“Mossad” agentləri İran ərazisində PUA bazası qurublar
12:11 / 13-06-2025
İran BMT TŞ-dan fövqəladə iclas tələb edir
13:07 / 10-06-2025

09:31 / 09-06-2025

08:48 / 09-06-2025

22:32 / 09-06-2025

16:32 / 10-06-2025

21:10 / 09-06-2025

18:45 / 10-06-2025

13:40 / 11-06-2025

11:18 / 10-06-2025

09:22 / 09-06-2025

17:50 / 09-06-2025

14:57 / 12-06-2025

Xameneyi Mirziyoyevdən “türk saqqızı”nı oğurlamağa çalışıb
Tarix: 20-06-2023 10:45 | Bölmə: Slayd

Özbəkistan prezidenti Şavkat Mirziyoyev İrana birgünlük səfər edib. Yüksək səviyyədə aparılan danışıqların əsas mövzusu nəqliyyat-kommunikasiya sektorunda əməkdaşlığın müzakirəsi olub.
Özbəkistan Ərəb dənizindəki Çabahar limanına birbaşa çıxış əldə edəcək. Tehranın Mərkəzi Asiyada müxtəlif sahələrdə, o cümlədən texnologiya və elmdə birgə layihələr həyata keçirməsi vacibdir. Amma bu, Mərkəzi Asiya ölkələri ilə sıx əlaqədə olan və bu sahədə ciddi rəqib görmək istəməyən Tehran və Ankara arasında maraqların toqquşmasına səbəb ola bilər.
Reyting.az xəbər verir ki, bu barədə “Nezavisimaya qazeta” yazıb.
Rusiya nəşrinin təhlilində qeyd olunur:
Bu, Özbəkistan prezidentinin son 20 ildə İrana ilk səfəridir. İki ölkənin hakimiyyət orqanları səfəri “tarixi” adlandırıblar. Lakin məzmun baxımından danışıqlar təkcə Özbəkistan-İran münasibətlərinin möhkəmlənməsi üçün deyil, bütövlükdə region üçün vacibdir.

İran biznesi, xüsusən də son bir ildə Mərkəzi Asiyada kifayət qədər aktivdir. Bu, ötən ilin sentyabrında İran prezidenti İbrahim Rəisinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak etdiyi Səmərqəndə səfərindən, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə danışıqlar aparmasından və regionun digər ölkələrinin rəhbərləri ilə görüşlərindən sonra nəzərə çarpıb.
İrandakı danışıqlarda iki dövlətin başçıları əvvəllər əldə olunmuş razılaşmaların gedişatını təhlil edib və bir sıra əsas məsələləri, o cümlədən Əfqanıstan nizamlanması ilə bağlı Tehran və Daşkəndin mövqelərini müzakirə ediblər. Hər iki tərəf belə qənaətə gəlib ki, problemlə bağlı oxşar baxışlara malikdir və bu, iki ölkə arasında bu sahədə əməkdaşlığa zəmin yaradır.
Mirziyoyev və Rəisi hökumətləri qarşısında ticarət dövriyyəsini indiki 435 milyon dollardan 3 milyard dollara çatdırmağı hədəf qoyublar.
Ekspertlər hesab edir ki, bu rəqəm çox da yüksək deyil, İran 40 illik sanksiya dövründə Yaxın Şərqin əsas iqtisadiyyatlarından birinə çevrilə, texnologiyalarını qonşuları ilə paylaşa bilər.
Şavkat Mirziyoyev, həmçinin, Ali Rəhbər Ayətullah Səid Əli Xameneyi ilə görüşüb və o, İranın Özbəkistan üçün Ərəb dənizindəki Çabahar limanına birbaşa çıxış açacağını qeyd edib.
Tədqiqat Təşəbbüsləri Mərkəzinin direktoru Man'o Bəxtiyor Yerqaşev hesab edir ki, İranın Çabahar limanı Şimal-Cənub dəhlizinin əsas nöqtəsinə çevrilə bilər.
Yerqaşev NG-yə bildirib: “Bu istiqamətdə hər iki tərəfin maraqları üst-üstə düşür. İran hazırda Mərkəzi Asiya, Əfqanıstan və Pakistanla iqtisadi və siyasi əlaqələri inkişaf etdirmək məqsədi daşıyan “Şərqə yol” konsepsiyasını həyata keçirir. Bu kontekstdə İran Mərkəzi Asiyada iqtisadi mövcudluğunu fəal şəkildə genişləndirməyə çalışır. Daşkənd Hind okeanındakı limanlara aparan nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində, Cənubi və Cənub-Şərqi Asiya və Afrika ölkələrinə yolun açılmasında da maraqlıdır. Nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi iki ölkə arasında mövqelərin yaxınlaşmasına töhfə verir”.
Ekspertin sözlərinə görə, Çabahar limanının böyük potensialı var, ona görə də Tehran onun inkişafında Daşkəndə fəal birgə əməkdaşlıq təklif edib. Bununla belə, bu limanın bütün potensialını açmaq üçün həll edilməli olan bir neçə məsələ var. Çabahar limanını İranın mövcud və planlaşdırılan dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə birləşdirmək üçün ilk növbədə Çabahar-Zahedan dəmir yolu xəttinin tikintisini başa çatdırmaq lazımdır.
Nəqliyyat və tranzit əməkdaşlığı çərçivəsində Təcən-Sərəxs sərhəd-keçid məntəqəsinin imkanlarının artırılması da zəruridir. Sərəxs stansiyasında vaqonların təkər komplektlərinin daha geniş sovet kalibrindən dar İran kalibrinə keçirilməsinə imkan yaratmaq lazımdır. “Çabaharla birbaşa dəmir yolu əlaqəsi olmasa da, əsas diqqət avtomobil nəqliyyatına verilir. Amma bu halda da bir sıra həllini tapmayan məsələlər var. Məsələn, İran və Türkmənistan sərhədinin Təcən-Sərəxs keçidində gecə-gündüz iş rejiminə keçilməsi malların dövriyyəsini xeyli sürətləndirəcək. Həll edilməli olan bir çox başqa məsələlər də var ki, onlar həm dəmir yolu, həm də avtomobil nəqliyyatına aiddir”, - deyə Yerqaşev vurğulayıb.
Yeri gəlmişkən, Ayətullah Səid Əli Xameneyinin qeyd etdiyi kimi, İran və Özbəkistan arasında əməkdaşlığın əsasları ticarət və nəqliyyatdan kənara çıxa bilər. “Biz elm, texnologiya və digər sektorlarda müxtəlif təşəbbüslərlə daha da əməkdaşlıq edə bilərik”, - deyən İranın Ali Məqamlı Rəhbəri qeyd edib ki, İran-Özbəkistan əlaqələrinin genişlənməsinin “bəzi əleyhdarları var” və qərarlar hər iki tərəfin maraqları əsasında qəbul edilməlidir. Həm də bu cür etirazlara məhəl qoymadan.

Görəsən, Ayətullah Xameneyi “əleyhdarlar” dedikdə İranın Cənubi Qafqazdakı vəziyyətlə bağlı münaqişələri olan, son 5-6 ildə Özbəkistanda və bütövlükdə Mərkəzi Asiya regionunda fəaliyyətini artıran Qərb ölkələrini, yoxsa qonşu Türkiyəni nəzərdə tutur? Bu, dəqiqləşdirilməyib.
Bu gün Özbəkistanda türk kapitallı türk müəssisələrinin sayı artır. Türkiyə yalnız Rusiya və Çinə uduzaraq ilk üçlüyə daxil olub, halbuki 5 il əvvəl Türkiyənin göstəriciləri aşağı idi.
İnstitusional sahədə də böyük irəliləyiş əldə edilib - Türk Şurası iqtisadi və siyasi əməkdaşlıq, eləcə də hərbi-texniki əməkdaşlığın inkişafı üçün ciddi perspektivlərə malik olan Türk Dövlətləri Təşkilatına çevrilib.
“Cənubi Qafqazdakı ziddiyyətlərin İran və Türkiyənin rəqabət aparacağı və qarşılıqlı əlaqədə olacağı Orta Asiyaya yayılmaması çox vacibdir. Ümid edirik ki, belə bir ssenarinin qarşısını ala bilərik. Buna baxmayaraq, aydın olur ki, həm Türkiyə, həm də İran fəal şəkildə Mərkəzi Asiyaya daxil olur, investisiya və texnologiyalarını, xüsusən də Özbəkistana sərmayə qoyurlar”, - deyə Bəxtiyor Yerqaşev fikirlərini yekunlaşdırıb.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Dünən, 22:31
İran İsrailə raket hücumuna başlayıb
Dünən, 17:43
Rus ordusu Dnepropetrovsk vilayətinə daxil olub
Dünən, 17:06
Laçın şəhərinin Baş planı təsdiqlənib
Dünən, 11:24
Azərbaycan İran və İsraili dialoqa çağırır
Dünən, 09:57
İsrailin İrana zərbələri davam edəcək
Dünən, 09:27
Tramp İrana hücumdan əvvəlcədən məlumatlı olub
Dünən, 07:23
İsrail İranı vurmağa başlayıb
12-06-2025, 17:51
Nə Bayden, nə də Tramp Rusiyanın çökməsini istəmir
12-06-2025, 17:09
Təqaüd və sosial müavinətlər artırılıb - Fərman
12-06-2025, 14:57
“Hörümçək toru” əməliyyatının son məqsədi nə idi?
12-06-2025, 13:07
İranı vurmağa hazırlaşırlar
11-06-2025, 15:00
Nüvə hücumu ola bilər - Xəbərdarlıq
11-06-2025, 14:27
Qəbul imtahanının nəticəsi elan edilib
11-06-2025, 12:12
Dron müharibəsinin dərsləri
11-06-2025, 08:09
NATO Ukrayna ilə bağlı qərar verməyə hazırlaşır
10-06-2025, 16:32
Mollazadə: Paşinyan Qarabağ klanı ilə mübarizəni davam etdirir
10-06-2025, 13:54
Rusiya təhlükəsi artır - Xəbərdarlıq
10-06-2025, 13:07
Cəlaloğlu: “Dini idarələr kəşfiyyatla əməkdaşlıq edib”
10-06-2025, 11:18
İranda it gəzdirmə polemikası: daha bir qadağa qüvvəyə minir
9-06-2025, 22:32
Deputat: “İqtisadiyyatımız üçün görülən işləri yetərli saymıram”
6-06-2025, 10:11
Elmdə yenilik: insanlar 1000 il yaşaya biləcək
5-06-2025, 17:33
İqlim dəyişikliyi münaqişələri artıracaq
5-06-2025, 13:29
Kilsə ilə Paşinyan arasında qarşıdurma böyüyür
5-06-2025, 12:08
Moskva və Bakı “Rus Evi”nə dair hələ də razılığa gəlməyib
5-06-2025, 10:05
Federasiya rəhbərini icra başçısı bıçaqlatdırıb? - Yenilənib
4-06-2025, 11:27
Vaşinqton Qafqaza böyük diplomatik diqqət yetirir
4-06-2025, 11:10
Rusiyaya qarşı daha sərt sanksiya hazırlanıb
4-06-2025, 10:13
Azərbaycan və Ermənistanın dövlət komissiyaları arasında görüş olub
4-06-2025, 08:08
Sabirabaddakı yanğında 4 nəfər həyatını itirib - (Yenilənib)
3-06-2025, 17:32
Məhkəmələrə hakimlər təyin edilib - (Siyahı)
3-06-2025, 17:26
Dünyanın bir hissəsi su altında qalacaq
3-06-2025, 15:18
Müharibə daha təhlükəli fazaya keçib
3-06-2025, 12:29
Xaricdə yaşayan daha 7 nəfər haqqında həbs qərarı çıxarılıb
3-06-2025, 11:57
Şəhidimiz Suraxanıda dəfn olunub - (Yenilənib) - Foto
3-06-2025, 10:34
Ərdoğan Zelenski, Putin və Trampla Türkiyədə görüşmək istəyir
3-06-2025, 09:58
Türkiyədə güclü zəlzələ olub - Ölən və xəsarət alanlar var
3-06-2025, 08:26
Yerin maqnit qasırğası artıb