Pentaqon: "Ukraynanı ağır döyüşlər və itkilər gözləyir, amma..."
Tarix: 21-06-2023 00:34 | Bölmə: Slayd
Pentaqon: "Ukraynanı ağır döyüşlər və itkilər gözləyir, amma..."

Ukrayna qüvvələrinin əks-hücum əməliyyatının uğurlu olmasını təmin etmək üçün lazımi vasitələri var. Reyting.az xarici KİV-lərə istinadla xəbər verir ki, belə bir qiymətləndirməni çərşənbə axşamı Pentaqonun sözçüsü Sabrina Sinq səsləndirib.

Onun sözlərinə görə, Ukraynadakı döyüşlərin Baxmut bölgəsindəki kimi uzun sürməsi mümkündür.

S. Sinq əlavə edib ki, döyüşlərin çətin olacağını bilirlər: “Bu, vaxt aparacaq. Amma əminik ki, ukraynalılar ehtiyac duyduqlarına malikdirlər. Onların döyüş gücü və əks-hücum əməliyyatlarında uğur qazanmaq imkanı var".

Pentaqonun sözçüsü xatırladıb ki, ötən həftə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun iclası keçirilib və onun iştirakçıları Kiyevə yeni hərbi dəstək paketlərini elan ediblər.

Onu da qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberqin fikrincə, Ukraynanın əks-hücumunun müharibədə dönüş nöqtəsi olub-olmayacağı barədə nəticə çıxarmaq hələ tezdir.

Çexiya prezidenti Petr Pavel isə bir qədər əvvəl bildirib ki, Ukrayna hələ tammiqyaslı əks-hücuma keçməyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər