PUA-lar Moskvaya hücum edib
Tarix: 21-06-2023 11:14 | Bölmə: Slayd
PUA-lar Moskvaya hücum edib

İyunun 21-də Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə növbəti dəfə hücum təşkil edilib. Ukrayna tərəfinin Moskva vilayətindəki obyektlərdə terror aktı törətmək cəhdinin qarşısı üç təyyarə tipli PUA ilə alınıb. Reyting.az Rusiya KİV-lərinə istinadla bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən məlumat veriblər.

Məlumata görə, hücuma keçən bütün PUA-lar elektron vasitələrlə sıxışdırılıb, nəticədə idarəetməni itirərərək qəzaya uğrayıblar. Tələfat və dağıntının olmadığı bildirilir.

Qeyd olunur ki, iyunun 21-i saat 05:30 və 05:50 radələrində Moskva vilayətinin Naro-Fominsk rayonuna, Kalininets kəndinə iki pilotsuz təyyarə düşüb. Qubernator Andrey Vorobyov sosial şəbəkə hesabında yazıb ki, qurğular hərbi hissələrdən birinin anbarına gedən yolda düşüb.

Üçüncü pilotsuz təyyarənin Lukino kəndi yaxınlığındakı əkin sahəsinə düşdüyü bildirilir.

Xatırladaq ki, mayın 30-da da Moskva və Moskva vilayəti PUA-ların hücumuna məruz qalıb. Şəhərin meri Sergey Sobyanin hadisə nəticəsində binalara ziyan dəydiyini bildirib. Rusiya Müdafiə Nazirliyi isə hadisəni terror aktı adlandırıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər