Yeni sanksiya Ermənistanı zərərlə üzləşdirəcək
Tarix: 22-06-2023 11:30 | Bölmə: Slayd
Yeni sanksiya Ermənistanı zərərlə üzləşdirəcək

Ukraynada başladığı müharibə səbəbindən Rusiyaya qarşı müxtəlif sektorlar üzrə 10 sanksiya paketi təqdim edən Avropa Birliyi (AB) 11-ci paketi razılaşdırıb.

Reyting.az
xəbər verir ki, sonuncu paketin diqqət mərkəzində Rusiyaya qarşı sanksiyalardan yan keçmək və Moskvanın məhdudlaşdırıcı tədbirlər çərçivəsində məhsullara çıxışının mümkün qədər qarşısını almaqdır.

Yeni paketə görə, üçüncü ölkələr və ya şirkətlər Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsələr və ya qadağan olunmuş malların ticarətinin qəfil artmasını izah edə bilməyəcəklərsə, Avropa İttifaqının cəzaları ilə üzləşəcəklər.

Sanksiyalar həmçinin ikili təyinatlı həssas malların və texnologiyanın onları Rusiyaya sata bilən ölkələrə satışına məhdudiyyətlər qoymağa, Rusiya hərbi və müdafiə sənayesinə xidmət edə biləcək məhdudiyyətli malların siyahısını genişləndirməyə imkan verir.

Rusiya neftini gizli şəkildə dənizə daşımaqda şübhəli bilinən gəmilərin də Avropa İttifaqı (Aİ) limanlarına girişi qadağan edilib. Aİ-nin Rusiyaya qarşı sanksiyalarının tərəfi olmayan Türkiyə martın 1-dən etibarən məhdudiyyət çərçivəsində olan mal və məhsulların Aİ-dən Rusiyaya tranzit satışının qarşısını alır.

Qeyd edək ki, hazırda satılması qadağan edilən məhsullar Rusiyaya daha çox Ermənistan üzərindən daxil olur. Bu səbəbdən də ABŞ bəzi erməni şirkətlərini sanksiyaya məruz qoyub. Məhz Rusiyaya qarşı sanksiyalardan yayındığı üçün Ermənistan iqtisadiyyatında artım müşahidə edilib. Amma AB-nin 11-ci pketinin Ermənistana müəyyən zərərlər vurmaq ehtimalı yüksəkdir.

ELÇİN




Bölməyə aid digər xəbərlər