Ermənistan Azərbaycana yeni təklif göndərib
Tarix: 22-06-2023 12:23 | Bölmə: Slayd
Ermənistan Azərbaycana yeni təklif göndərib
Nikol Paşinyan

Ermənistan Azərbaycana sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın iclasının keçirilməsini təklif edib və buna əsaslı hazırlıq var.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Paşinyan əlavə edib ki, Ermənistan tərəflərin suverenliyi, yurisdiksiyası və qarşılıqlılığı prinsipləri əsasında regionun nəqliyyat və iqtisadi yollarını açmağa hazırdır.

Baş nazir daha sonra deyib ki, gələn həftə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Vaşinqtonda görüşəcək.

Qeyd edək ki, bundan əvvəl Dövlət Departamentinin sözçüsü Vedant Patel ABŞ-ın Ermənistan və Azərbaycan arasında danışıqların növbəti raundunu çox tezliklə keçirməyə hazır olduqlarını bildirib.

Y. QACAR




Bölməyə aid digər xəbərlər