Moskvada vəziyyət gərginləşir: xüsusi xidmət orqanları döyüş vəziyyətinə gətirilib
Tarix: 24-06-2023 01:45 | Bölmə: Slayd
Moskvada vəziyyət gərginləşir: xüsusi xidmət orqanları döyüş vəziyyətinə gətirilib

Rusiya Federasiyasında vəziyyət təhlükəli həddə çatıb. Xüsusi xidmət orqanlarına yaxın mənbə BBC-yə deyib ki, Don şossesində (bu, Moskva-Voronej-Rostov-na-Donu yoludur) Federal Təhlükəsizlik Xidməti (FTX) və Rusiyanın xüsusi çevik reaksiya bölmələrinin (SOBR) dəstəyi ilə Milli Qvardiya qoşunları yolu bloklayıb.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, növbətçi qüvvələrə təhlükə zamanı atəş açmaq əmri də verilib.

Məlumatda bildirilir ki, Müdafiə Nazirliyinin binası da xüsusi nəzarətə götürülüb.



Qeyd edək ki, gərginliyə səbəb "Vaqner" özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin silahlı üsyana çağırışı və 25 min nəfərlik qoşunla Moskvaya doğru hərəkət etdiklərini bildirməsidir.

Y. QACAR
Reyting.az




Bölməyə aid digər xəbərlər