FTX "Vaqner"in döyüşçülərini Priqojinin tutulması üçün tədbirlər görməyə çağırıb
Tarix: 24-06-2023 02:05 | Bölmə: Slayd
FTX "Vaqner"in döyüşçülərini Priqojinin tutulması üçün tədbirlər görməyə çağırıb
Y. Priqojin

“Priqojinin bəyanatları və hərəkətləri Rusiya Federasiyası ərazisində silahlı vətəndaş qarşıdurmasının başlanmasına çağırışdır və faşist Ukrayna qüvvələrinə qarşı vuruşan rus hərbçilərinin kürəyinə vurulan zərbədir”. Reyting.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ictimaiyyətlə əlaqələr mərkəzi “Vaqner” şirkətinin yaradıcısı Yevgeni Priqojinin bəyanatlarına cavabında bildirib.

FTX bəyan edir ki, Y. Priqojinin hərəkətləri əslində silahlı vətəndaş qarşıdurmasının başlamasına çağırışdır.

FTX-nın ictimaiyyətlə əlaqələr mərkəzi bildirir ki, Rusiya Müdafiə Nazirliyinin “Vaqner” PMC-yə zərbələr endirməsi ilə bağlı yayılan bəyanatlar həqiqətə uyğun deyil və təxribatdır.

PMC döyüşçüləri Priqojinin əmrlərinə tabe olmamağa və onun saxlanılması üçün tədbirlər görməyə çağırılır.

“Biz PMC döyüşçülərini düzəlməz səhvlərə yol verməməyə, Rusiya xalqına qarşı hər hansı zorakı hərəkətləri dayandırmağa, Priqojinin cinayətkar və xain əmrlərini yerinə yetirməməyə və onun saxlanılması üçün tədbirlər görməyə çağırırıq”, - FTX bildirib.

Qeyd olunur ki, Priqojin tərəfindən üsyana təhrik faktı ilə bağlı iş vəziyyətin ciddiliyi və Rusiya Federasiyasında qarşıdurmanın genişlənməsi təhlükəsi ilə əlaqədar başlanıb.

Y. QACAR




Bölməyə aid digər xəbərlər